Qonaq Kitabı
NİTQƏ XİTAB

 

Ey natiğeyi-bədiəpərdaz!

Vey söhbəti-dilfiribin ecaz!

 

Ey məhbiti-feyzi-asimani,

Miftahi-xəzineyi-məani!

 

Sən məxzəni-hikmət idin axir,

Sən mənşəi-himmət idin axir!

 

Bir tutiyi-xoşbəyan idin sən,

Bir dürci-dürərfəşan idin sən;

 

Əflaki-süxən sitarəsiydin,

Gülzari-vətən həzarəsiydin;

 

Düşdün niyə bəs bu halə əlhal?

Bilməm nə səbəbdən olmusan lal?

 

Ey bülbülüm, ol təranəpərdaz,

Qıl baği-bədəndə nəğmə ağaz!

 

Fəryad elə bir dəm aşiqanə,

Söylə dili-zarü natəvanə:

 

Key qönçə, açıl ki, şimdi dünya

Gülzari-təməddün oldu yekca!

 

Gəl dişrə bu pərdeyi-xəfadən,

At pərdəni məzhəri-xudadən;

 

Sən aləmi-əkbəri-xudasən,

Sən ayineyi-cəhannümasən;

 

Mahiyyətini həqir sanma,

Azadələri əsir sanma;

 

Səndə yaradıb bədi`i-əflak

Əqlü hünərü şüurü idrak;

 

Aləmdə nə var – var səndə,

Sərmayeyi-etibar səndə;

 

Dur, dur ki, tükəndi leyli-zülmət,

Əhrarə açıldı sübhi-dövlət!

 

Aşiqləri iştiyağa düşdü,

Hər kəs ayılıb qabağa düşdü.

 

Onlar ki, səninlədir müasir –

Hər elmi fünunə oldu mahir.

 

 

İlk dəfə “Yeni həqiqət” qəzetində (28 yanvar 1911, â„– 7) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info