EY MÜSIBƏTZƏDƏ DINDAŞLARIM, ETDIKCƏ NƏZƏR
Ey müsibətzədə dindaşlarım, etdikcə nəzər, Görürəm mən sizi bir başqa müsibətdə bu gün!
Aman allah, bu nə halət, bu nə tufani-bəla, Tapıram sizləri bir vərteyi-heyrətdə bu gün!
Əcəba, bir yeni afətmi yetib, ya nə üçün Bulunursuz belə bir hali-fəlakətdə bu gün?!
Baxışırsız nə səbəbdən belə heyran-heyran, Nigəransız niyə bu beyti-ibadətdə bu gün?!
Nəzəri-heyrətiniz məscidü gəh minbərdir, Axtarırsız kimi mehrabi-imamətdə bu gün?!
Əsəfa, sineyi-mehrab da çak etmədimi Görübən boylə yara sineyi-ümmətdə bu gün?
Siz deyilsiz fəqət ol alimi-paki arayan, Açıb ağuşunu kürsiyyi-xitabət də bu gün!
Bax, nasıl məscidə bir hüzn qonur, guya kim Tapmayır yarını bir boylə cəmaət də bu gün!
Çəkilib göylərə zikr etdiyi təhlili dəxi, Döşənib torpağa səccadeyi-taət də bu gün!
Hardasan, ey pədəri-mənəviyi-əhli-vətən? Vətən övladı yanır atəşi-firqətdə bu gün!
Əbədi hicrinə tabavəri-qəm bulmaz idik, Etməsəydi xələfin cilvə niyabətdə bu gün!
Müstəfa hörməti-zişəninə ya rəbbi-məcid, Ruhunu eylə duagu bizə cənnətdə bu gün!
Müttəhid olmada tövfiqini qıl ümmətə bəxş, Hissi-milliyyət oyandır dili-millətdə bu gün!
Yaşat aləmdə məhəbbətlə, üxüvvtlə bizi, Necə kim, ömr ediriz eyni-üxüvvətdə bu gün!
Onun övladına, ixvaninə ver əcri-cəzil, Sabir et xiyşu təbarın bu müsibətdə bu gün!
İlk dəfə “İrşad” qəzetində (8 mart 1908, â„– 29) A.Səhhətin Hacı Məcid əfəndinin vəfatına dair yazdığı məqalənin içərisində çap olunmuşdur.
|