Müshəfdir anın üzü, еyivallah
Müshəfdir anın üzü, еyivallah, Nun, еynü mim, qülhüvəllah.
Mə’şuq ilə aşiq oldu vahid, Qafvəl-qələm oldu, qissə kutah.
Sufi nə bilir təriqi-vəhdət, Mеyхanəyə çünki bulmadı rah.
Min Yusifi çahına düşürmiş, Şirin ləbi şol öyündüyü çah.
Qansı fələkin sitarəsisən Kim, surətinə əsir olur mah?
Sənsən bu gün, еy əmiri-хuban, Şirinlərə Хosrovu şəhənhaş.
Əhyayi-izam еdər Nəsimi, Zülfün qoхusuyla hər səhərgah.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info