Qonaq Kitabı
ÜÇ YÜZ DOQQUZ IDI BƏD HƏZAR

 

*     *     *

Məlikov, o Həsən bəyi-zişan,

O əmini-xəzaneyi-ehsan,

Elmü fəhmü kəmalilən mümtaz,

Sineyi-safi kənzi-lölöi-raz;

Hünəri fəzldir, ədəb kari,

Əqli pakizə, hüccət iqrari.

Dəxi alicənab komitetlər,

O ədalətməab komitetlər,

Himmətü mərhəmətləri şayan,

Rəhmi-bimüntəhaləri payan.

Barəkallah ki, saf sinələri,

Əlhəq elmü ədəb xəzinələri;

Şamili0hal olub ifadələri,

Mərhəmi-dərdü dil iradələri;

Görmüşük lütfi-binəhayələrin,

Ey xuda, qıl bülənd payələrin!

Xəlqə çox görmə bu cənabləri,

Hifz qıl sən bu müstətabləri!

Bizə çox kişvərü vilayətlər –

Etdilər lütflər, inayətlər.

Ümənayi-əliyyeyi-dövlət,

Rüəsayi-məzahibü millət,

Üləmayi-izami-dinpərvər,

Füqərayi-qəyuri-hər kişvər,

Əhli-Qafqaz göstərib qeyrət,

Əhli-Rusiyyə eylədi himmət.

Leyk bu Badikubə əsnafi,

Xah tüccar, xah əllafi

Etdilər mübtəlalərin dilşad,

Edə həq bu bələdləri abad!

Zövceyyi-xan, o banuyi-ezaz,

Sakini-kişvəri-Vladqafqaz,

Əbrtək himməti töküb baran,

Seyltək qeyrəti edib cərəyan,

Gah çadır eyləyib bərat bizə,

Gah pul etdi iltifat bizə;

Mərhəba, qeyrət etdi mərdanə

Sakinani-diyari-Şirvanə!

Ey xuda, lütfini inayət qıl,

Xani-xüldaşiyanə rəhmət qıl!

Sabira, ey əsiri-qeydi-bəla!

Şerdir gərçi şiveyi-şüəra,

Leyk göftardən duadi qərəz,

Şerdən eyni müddəadi qərəz...

 

 

1902-ci ildə Şamaxıda vaqe olan zəlzələ münasibətilə yazılmış bu mənzumə ilk dəfə 1948-ci ildə çap olunmuşdur.

 



[1] Əfsanəvi dağ.

[2] “Nəfxeyi-sur” dedikdə şair müəyyən dini-əfsanəvi hadisəyə işarə edir.

[3] Yəqub peyğəmbər öz istəkli oğlu Yusifi itirdikdən sonra həmişə onu axtarar, göz yaşı tökərmiş. “Piri-Kənan” Yəqub peyğəmbərə işarədir.

[4] Şərqdə geniş yayılmış Xosrov və Şirin əhvalatına işarə olunur.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info