Qonaq Kitabı
ŞAHNAMƏ

Budur surəti-ərzi-halım mənim,

Mücahidlər ilə cidalım mənim!

 

Qəvi şövkətim, indi fərman nədir?

Buyur, hazıram, baş nədir, can nədir?!

 

Əgərçi qaçarkən atı yormuşam,

Yenə hər nə hökmün ola, durmuşam.

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (4 yanvar 1909, â„– 1) “Yazıldı Eynüddövlə tərəfindən – nazimi Əbunəsir Şeybani” imzası ilə çap olunmuşdur.

Məhəmmədəli aşah İranda azadlıq hərəkatını boğmağa çalışdığı vaxt Səttarxanın rəhbərliyi altında Təbriz inqilabçıları üsyan qaldırır. Üsyanı yatırmaq üçün şah tərəfindən Eynüddövlənin başçılığı ilə Tehrandan böyük əsgəri qüvvə göndərilir. Eynüddövlə Təbrizi mühasirəyə alır, uzun müddət mücahidlərlə çarpışırsa da, axırda məğlub olub geri qayıdır. Şer bu münasibətlə Firdovsinin “Şahnamə” dastanına bənzətmə şəklində yazılmışdır.



[1] Səttarxana işarədir. Səttarxan (? – 1914) – Cəsur xalq qəhrəmanı. Cənubi Azərbaycandakı demokratik hərəkatın görkəmli xadimi idi. Qaracadağ rayonunda kəndli ailəsində doğulmuşdur. Uzun müddət Zaqafqaziya sənaye mərkəzlərində çalışmış, fəhlə hərəkatında fəal iştirak etmiş, sosial-demokrat “Hümmət” təşkilatının üzvü olmuşdur. 1905-1911-ci illər inqilabı dövründə mürtəce İran hakimləri əleyhinə mübarizə aparmışdır. 1908-1909-cu illərdə şah hakimiyyəti və yerli feodallara qarşı konstitusiyanın bərpası uğrunda Təbrizdə başlanan xalq üsyanına rəhbərlik etmişdir.

[2] Eynüddövlə (dövlətin gözü) – Təbrizə hücum edən şah qoşunları sərkərdəsinin ləqəbi idi.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info