SUAL-CAVAB
- Görmə! – Baş üstə, yumaram gözlərim. - Dinmə! – Mütiəm, kəsərəm sözlərim. - Bir söz eşitmə! – Qulağım bağlaram. - Gülmə! – Pəgey, şamu səhər ağlaram. - Qanma! – Bacarmam! Məni məzur tut Boyləcə təklifi-məhalı unut! Qabili-imkanmı olur qanmamaq? Məcməri-nar içrə olub yanmamaq? Eylə xəmuş atəşi-suzanını, Qıl məni asudə, həm öz canını!
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 oktyabr 1907, â„– 40) imzasız çap olunmuşdur.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info