Qonaq Kitabı
21 iyul Rusiya, sənə 1877

Deyəcəksən ki, ey qərini-ədəb,

Pəs gəlin tazədən açaq məktəb.

Biz bu əmrə görək ki, ey xoşnam,

Hansı qüdrətlə eyləyək iqdam?

Pulumuz varmı ol sərəncamə,

Ta yetişsin fəqirlər kamə?

Əhli-islam eyləyibdi vəfat,

Dəxi müşkül tapar bu qövm həyat.

Məgər ol Əsgəri-Goranlı gələ,

Neçə məktəb gələ dəxi əmələ.

Vəzirov bəlkə eyləyə imdad,

Qıla bu qövmi elm üçün irşad.

Aça onlar da mən kimi məktəb,

Çəkələr ruzü şəb ənavü təəb.

Bar ilaha, behörməti-Quran,

Bizə çatdırsın onları sübhan.

Seyyida, hər güruh içində ola,

Daima əhli-halə eylə dua.

 

 

ELM  XƏBƏRLƏRİ

 

Yazırlar ki, İngilis və Rusiya dövlətləri hər il Məşriq-zəminə 24 milyon manatlıq mal aparıb satıllar. İngilis vilayətinin bircə Birminğam şəhərində bir həf-tənin müddətində qayrılır: dəmir qələm 14 milyon, dəmir çaharpay 6 min, tüfəng, tapança 7 min, mismar 100 milyon, at yəhəri 1000, mis pul 5 milyon, çeşmək 20 min, kağızdan şeylər 382 put, almasdan qayrılan şeylər 25 min manatlıq, dəmirdən və polladan məftil 6 min verst uzunluğunda, sancaq 620 put, övrətlər üçün qırmaq 310 put, dəmirdən bəndlər 41 min put, təzə gümüşə oxşayan mədəndən şeylər 2500 put, daşdan hasarlar üçün dayaq 1200, dəmirçi körüyü 3500, misdən, bronzdan kiçik şeylər 50000.

_______________

 

Yazırlar ki, havada su buğu artıq olduqcan ulduzların şəfəqi ziyadə olur və bu səbəbə yağış yağmağı piş əzvəqt bilmək olur.

_______________

 

Elmi-hikmət sübut edir ki, yer girdədir və bunun bir dəlili budur ki, bir kəs gəmilə Dəryayi-mühitə girib bir tərəfə, məsələn, Məşriqə getsə axırda genə ol yerə gəlir. Əlbəttə, yer düz olseydi, belə səfərə gedən heç geri qayıtmaz idi. Bu tövr kürreyi-ərzin ətrafını dolanmaq səfəri çox çətin idi ki, 3 – 4 ilə onu ancaq qurtarmaq olurdu. Yazırlar ki, Firəngistanın Parif şəhərində  bir icma bina olub ki, hər xahiş edəni aparıb kürreyi-ərzin ətrafını səyahət elətsin. Hər kəs bu səfəri xahiş etsə, gərək piş əzvəqt ol icmaa məlum eləsin, sonra icma onları yığıb gəmilə göndərir.

Yazırlar ki, icmanın əvvəlinci gəmisi bu il may ayında Marsel şəhərindən çıxıb gedib və 10 – 11 aydan sonra qayıdıb genə Marselə gələcək.

_______________

 

Yazırlar ki, yer üzündə 23 min qəzet çap olunur. Germaniyada 3775, Avstriya-da 1200, Şvedsariyada 450, İngilisdə 2500, Firəngistanda 2000, İtaliyada 1126, Rusiyada 500, Şvedsiyada 296, Norvegiyada 178, Daniyada 250, İspaniyada 400, Portuqaliyada 250, Hollandiyada 250, Belgiyada 250, Osmanlıda 200, Şimali Amerikada 8129, Cənubi Amerikada 1000, Hindistanda 250, Çində 50, Japoniyada 75, İranda 2 və Asiya qitəsinin qeyr vilayətlərində 10, Afrika qitəsində 50, Avstra-liya qitəsində 100.

 

TƏZƏ  XƏBƏRLƏR

 

Bu il yayda Badkubədə 3 – 4 dəfə şimal küləyi əsibdir. Hər dəfə 1 – 2 gün. Qeyr vaxtlar külək olmadığına bərk isti olub ki, mizanül-hərarət gün altında 45 dərəcədən də ziyadə isti göstərib.

_______________

 

Rəştə gedən həkimlərimiz gəlib çıxdı. Onlar deyir ki, naxoşluq həqiqət taun olmağı məlum deyil. Amma iş budur ki, İranda meyiti şəhərin içində basdırıllar və onun üstünü yaxşı torpaqlamırlar. Bu səbəbə şəhərin havası və veyllərinin suyu günü-gündən xarab olur. Ona binaən biz qorxduq ki, ol naxoşluq döndərib taun eləməsin və bu səbəbə cənab valiyi-Gilandan iltimas elədik ki, şəhərin ətrafında bir yer ölüləri basdırmaq üçün müəyyən eləsin. Amma ol cənab bizim iltimasımızı qəbul eləmədi. Belədə biz naəlac qalıb yazdıq ki, karantin bina olsun.

_______________

 

İngilis qəzetləri yazırlar ki, bir şəxs bir alati-hərbiyyə ixtira edib ki, topa oxşu-yur. Onun ağzına iki qılınc hər biri 6 arşın uzunluqda bir yerə möhkəmlənmiş qoyub, sonra topu doldurub atanda o qılınclar düşmən əsgərinin içinə daxil olub, altı yüz arşın adamları qırıb gedir.

Türküstandan yazırlar ki, Türküstani-şərqiyyənin hakimi Yəqub xan Çin məmləkətilə cəng edirdi. Amma məzkur xan bir davada basıldığına acıqdan bağrı çatdayıb vəfat edib. Ona binaən onun oğlu Begim bəy onun yerinə hakim olub.

_______________

 

Novqrad şəhərindən iyulun 18-də yazırlar ki, bu gün bizim şəhərimizə 500 çərkəs gətirdilər ki, burada kəndlərdə sakin edəcəklər. Onlardan bəzi rus dili danış-mağı bilir. Bunlar deyiblər ki, Dağıstanski və Terski oblastlardan genə də çox adam göndərirlər və onları  Novqrad və Voronej və Voloqda və qeyr quberniyalar-da sakin edəcəklər.

Bu öz külfətləri ilə göndərilən çərkəs və ləzgilərin taxsırı budur ki, onlar dövlətə yaği olmuşlar imiş.

_______________

 

Avropa dövlətlərindən bir-birinə poşt getmək xüsusunda o dövlətlərin arasında kağız bağlanıb və bu kağıza sərəncam çəkmək Şvedsariya dövlətinin poştxanasına rücu olub. İndi “Tiflisski vestnik” qəzeti yazır ki, zikr olan poştxana elan edir ki, İran dövləti də özünü o kağıza saldırıb. Ona binaən Rusiya ilə İranın arasında Badkubə dəryası ilə poşt açılıb.

_______________

 

Bizim əsgər Ərzurum tərəfində olanda üç min erməni (övrət, uşaq, qoca) onlara qoşulub, onlar ilə Qafqaza gəliblər. Bu halda Tiflisdə onlar üçün pul cəm edirlər və belə danışıq var ki, onları Qafqaz vilayətində sakin eləsinlər. Bu barədə qəzetlərin arasına mübahisə düşüb. Bəzi deyir ki, erməni tayfası ticarət əhli olduğuna Rusiya-dan Qafqaza ticarət əhli gəlməyə mane olur. Ona binaən onları burada sakin elə-mək dövlətin nəfi deyil. Bəzi deyir ki, erməni tayfası əkin və ziraət də edir, pəs onları sakin eləmək dövlətin nəfidir.

_______________

 

Yazırlar ki, İstanbulda ərəb dilində “Cavab” adlı bir qəzet çap olunur ki, islam vilayərlərinə çox gedir. Ona binaən Firəng dövləti Cəzair məmləkətindən ötrü və İngilis Hindistandan ötrü ərəb dilində əlahiddə qəzetlər çap elədirlər ki, zikr olan “Cavab” qəzeti ol yerlərdə olan islam tayfasına təsir eləməsin.

_______________

 

Teymurxan-Şuradan yazırlar ki, bazar kasaddır. Elə gün olur ki, süfrəyə məət-təl qalırıq. Məzənnə budur: ardigəndum 1 manat 20 qəpik, co 90 qəpik, cövhəri-əla 1 manat 80 qəpik, birinci-alalan 1 manat 25 qəpik, akuleyi-xub 1 manat 65 qəpik, xurma, səbzə 4 manat, əsəli-İran 6 manat 50 qəpik, rəngü həna vücud nərdarəd, əbrişəm girvənkə 3 manat, səqqizi-səfid 2 manat 50 qəpik, qeysi 2 manat 50 qəpik, pənbə 2 manat 50 qəpik. Və genə yazırlar ki, iki aydı ki, yağış yağmır və əgər 2 həftə də yağmasa, Dağıstan əhlini ölmüş hesab edin. Buğda yaxşıdır. Soyuqdur.

_______________

Bu 2 həftənin müddətində biz çap elətdirdiyimiz tel yoxdur. Ona binaən bu nömrə ilə tel çap olunmur.

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 

 



[1] Nə bir dəvəyə minmişəm, nə eşşək kimi yük altındayam. Nə rəiyyətin ağası, nə də hökmdarın nökəriyəm.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info