Qonaq Kitabı
23 iyun Rusiya, sənə 1877

Xatirin fəthlərlə şad etsin.

_______________

 

 

 

________________

 

İyun ayının 8-ci günü Şamaxıya Qubadan gələn süvarilərdən iki nəfər süvari məst olub, birisi öz yoldaşın xəncər ilə öldürdü. Ölən şəxsin adı Hüseyn bəydi və özü valantr, yəni öz xahişi ilə gətirmiş və öldürəni hələliyə tutublar. Şamaxıya neçə vaxtdır ki, hər gündə yağış yağır və yerlər təzədən səbzü xürrəm olub. Hava bahardan yaxşı keçir və çaylarımızın suyu artıb, xüsusən ki, Pirsəid çayı Nəvahı ətrafını sirab edib. Və dünən iyunun 8-də qapanda əla unun putu satıldı 14 şahıya, Şamaxının füqəraları çox şad oldular.

Şamaxının bağlarında neçə ildir ki, bir növ ilə qurdlar əmələ gəlir. Onlar əvvəl kiçik olurlar, sonra böyüklənib, ağaclara çıxıb, yarpaqların yeyirlər, hərgiz ağaclar daha meyvə gətirmir, ənkəbut, yəni hörümçək kimi tor çəkirlər. Özləri qara-qara uzun qurdlardır. Şamaxıda adına qum-quma deyirlər.

Bağbanların təvəqqəsinə görə bu keyfiyyəti yazıb “Əkinçi” qəzetindən iltimas edirik ki, bunun əlacını yazıb məlum eləsin.

Dünyada qara qurd çoxdur, ona binaən onu görməmiş tanıyıb bilmək və əlacını yazmaq məqdur deyil. Təvəqqə olunur ki, o qurdlardan bir neçəsini tutub bir kiçik şüşə içinə salıb və şüşəni spirt ilə doldurub bizə göndərsinlər.

_______________

 

“Əkinçi”nin axırıncı nömrələrindən belə məlum olur ki, müştərilər ondan təzə xəbərlər təmənna edir və “Əkinçi” onların xahişinə əməl edə bilmir. Qardaşlar, “Əkinçi” bir tifli-səğirdir və onun kamala çatmağı bizim ianəmiz ilədir. Pəs gəlin hər birimiz özümüzü ona vəkil hesab edib, onun tərbiyəsində səy, hümmət edib müəllimindən iltica edək ki, “Əkinçi”ni qeyr qəzetlər kimi həftədə 1 və ya 2 dəfə çıxartsın, yoxsa iki həftəlik qəzetdən hər gündə çıxan xəbərləri istəmək eyibdir və bir də “Əkinçi”də yaxşı xəbərlər həmişə olur, amma ona biz məhəl qoymuruq. Məsələn, xəbər deyilmi ki, “Mşak” qəzeti yazır: müsəlmanlar üçün elm təhsil eləmək və ittifaq olmaq mümkün deyil, əgər böhtan isə niyə cavab vermirsiniz? Yox, doğru isə nə üçün kar eləyib, hərəkətə gəlmirik və ya Tiflis şəhərinin xalqı bir məktəbi-sənaye bina edib ki, oraya rus, gürcü, erməni dillərində təlim olunacaq, amma müsəlmanları bilmərrə aradan çıxarıblar ki, onların elm kitabları yoxdur.

Pəs “Əkinçi” qəzetində həmişə yaxşı xəbər olur və onun azalmağına səbəb biz özümüzük. Belədə bizə lazımdır ki, təzə il üçün “Əkinçi”nin həftədə bir dəfə çıxmasının, müştərisi artmağının və qiymətinin barəsində məsləhət bina eləyək.

Məhbus Dərbəndi

________________

 

Keçən il Dağıstanın aclığı bəzi fürsət axtaran adamları milyonçu olmaq xəyalına salıb, taxıl cəm etməyə başlamışdılar və xalq bu xüsusda çox müztərib olub, özlərindən məyus idilər və əgər dövlət kömək edib pul verməsəydi, keçinmək ümidləri yox idi. Amma İranın ucuzluğu və atəş gəmilərinin tez gəlib taxıl yetirməyi xalqı allahın kərəminə ümidvar edib, fəqir adamlar qışın fəlakətindən xilas olub, yaz fəslinə vasil oldular.

Təzə arpa Petrovski bazarında keçən bazar günü putu iki abbasıya satıldı. Bu həftə təzə buğda əkiləcək. Ümid var ki, çox ucuz olsun.

Petrovski, iyunun 18-də

 

TƏZƏ  XƏBƏRLƏR

 

Əgərçi Badkubədə qarantin bina edib, hər İrandan gələn gəmini iki həftə saxlamağa hökm gəlmişdi, amma sonra tel gəlib ki, gəmilərdə naxoş olmasa, onları  dərhal buraxsınlar və əgər naxoş olsa, ancaq 3 gün saxlasınlar.

Çünki keçən dəfə Rəşt şəhərinə göndərilən həkimlərin mabeynində orada olan naxoşluq taundur ya yox xüsusunda birlik olmamışdı, ona binaən təzədən Tiflisdən 3 həkim gəlib keçən həftə Rəştə getdilər ki, o naxoşluq nə naxoşluğudur, məlum eləsinlər.

_______________

 

Bir neçə gündür ki, Badkubədə külək əsmədiyinə isti çox şiddət eləyib. Adam nəfəsin almağa hava azlıq edir. İsal naxoşluğu artıb, uşaqlara çox əziyyət edir.

_______________

 

Mayın 10-da vəziri-daxilə təsdiq edib ki, Badkubə şəhərində qərardadi-şəhər işlənsin. Bundan ötrü komisyon bina olub ki, şəhərdə mülkü olanların və dadistəd edənlərin adlarını siyahı eləsin, sonra komisyon onları cəm edəcək ki, şəhər divanları üçün özlərindən calislər intixab eləsinlər və bu tövr ilə divanxanalar bina olandan sonra şəhərin hər bir işi, savayı təmirat tikdirmək, onlara veriləcək.

_______________

 

“Tiflisski vestnik” qəzeti yazır ki, bu günlərdə gürcü dilində çap olunan “Droeba” qəzeti hər gündə bir dəfə çıxır. Bu xəbəri danışıb zikr olan qəzet heyfsi-lənir ki, bizim “Əkinçi” qəzeti tez-tez çıxmır. Amma bunu bilmir ki, bu halda onu iki həftədə bir çıxartmağın da zəhmətinə dözmək olmur.

_______________

 

İyunun 3-də və 4-də Tiflis şəhərində elə bərk dolu yağıbdır ki, şəhərə 500 min manatlıq zərər olub, əzcümlə 4 min manatlıq evlərin akoşkalarının şüşələri sınıb. Bağlara həm çox zərar olub. Dolu qoz boyda imiş. Bu dolu şəhərin ətrafında olan kəndlərə və Telav şəhərinə də çox zərər edib.

_______________

 

“Naş vek” qəzeti yazır ki, pravitelstvuyuşçi Senata okrujnoy sudlar üstə ol qədr ərizə verilib ki, onlara illərlə növbət yetişmir. Bu səbəbə təzədən Senata 20 calis təyin olacaq ki, işlərə tez baxsınlar.

_______________

 

Starorus şəhərində Borisov adlı generalın övrəti bir yetim qız saxlayır imiş. Bir gün o qız gedib bir övrətə ərz edib ki, xanım onu çox döyüb incidir. Bu övrətin ərizəsinə görə prokuror həkim ilə belə gedib o qızı soyundurub onun bədəninə baxıb görüblər ki, həqiqət onun dalında və qeyr yerlərində çubuq nişanı var. Sonra silist başlanıb. Həqiqət olunub ki, Borisovun övrəti o qızı sarıyıb çubuq və kəndir ilə çox döyürmüş. Okrujnoy sud bu taxsıra görə qət edib ki, general Borisovun övrəti Sibirə getsin.

_______________

 

“Kazanski yeparxialni vedomosti” yazır ki, keçmişdə xristian olan tatarlar qər-yəbəqəryə dönüb genə islam olub keşişlərini çıxarıb, molla gətirib, kilsələrinin yanında məscid bina edirlər.

________________

 

“Pravitelstvenni vestnik” qəzeti yazır ki, hökm olub ki, Rusiyanın öz xalqından 200 milyon manat borc alınsın, yəni ol qədr kağız pul kəsilsin və bu kağızların üstə belə yazı olacaq: Osmanlı cəngindən ötrü.

Telav şəhərindən “Tiflisski vestnik” qəzetinə yazırlar ki, doduy ləzgiləri yaği olubdur xəbəri buraya çıxandan sonra işlər çox pərişan olmuşdu. Amma indi xəbər gəlib ki, onları sakit ediblər. Ona binaən indi çox əminlikdir.

_______________

 

“Odesski vestnik” qəzeti yazır ki, Peterburqdan oraya zəxmdar olan əsgərə kömək eləməkdən ötrü gələn övrətlər başlayıb türk dili öyrənirlər ki, zəxmdar olan Osmanlı əsgəri də onlara rast gəlsə kömək eləsinlər.

_______________

 

London şəhərində çap olunan “Ekonomi” qəzeti cəngin dövlətə zərər olmağını belə sübut edir: 25 illik müddətində Avropa əhlindən cəngdə vəfat edib bir milyon 948 min adam və o cənglərə xərc olunan 2413 milyon funt sterlinq ki, hər sterlinq 8 manatdır.

_______________

 

“Misyon katolik” qəzeti yazır ki, katolik ruhaniləri Məşriq-zəmində hər il 10 min adam xristian edirlər ki, onların çoxu bütpərəstdir.

 

E L A N

 

Şamaxı şəhərində Qalabazar məhəlləsində Məşədi Kazım bəy Hacı Ağa Rəhim bəy oğlunun evində sakin olur İran səfhəsindən bir kəhhali-kamil ismi-şərifləri Mirzə Abbas Hacı Hüseynov. Göz kəsməkdə və kəhhallıq elmində ustadır-kamil olmağı xüsusunda əlində çox şəhadətnamələri var.

Hələ bir müddət Şamaxıda olacaqdır. Ona binaən cəvanib və ətrafdan hər kim xahiş etsə, bismillah.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 



[1] Hadisənin əlacını gərək o baş verməzdən əvvəl edəsən.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info