Qonaq Kitabı
9 iyun Rusiya, sənə 1877

“Pravitelstvenni vestnik” qəzeti yazır ki, bizim Rusiya dövləti təzədən 15 milyon funt sterlinq (bir funt sterlinq 8 manatdır) borc edib.

________________

 

 

Yazırlar ki, Çin məmləkətinin şimal tərəfindən elə bərk aclıqdır ki, hər gündə bir neçə yüz adam acından vəfat edir. Uşaqları satın alan olmadığına onları ata-anası öldürür.

________________

 

 

“Əndipindas Belği” qəzeti yazır ki, mayın 14-də Hollandiya məmləkətinin Ğaağa şəhərinə xəbər gəlib ki, Hindistan dəryasının cəzirələrində sakin olan Açin tayfasının sərkərdələri Hollandiya məmləkətinə müti olublar, ona binaən cəng qurtarıb.

________________

 

 

Açin tayfası islamdır, bir neçə ildir ki, onlar ilə Hollandiya cəng edirdi.

________________

 

 

Zikr olan qəzet yazır ki, Afrika qitəsində vaqe olan Transval hökumətini İngilis dövləti zəbt edib.

 

________________

 

 

“Naş vek” qəzeti yazır ki, dövlət məsləhətxanası qət edib ki, bundan sonra padşahlıq qulluğuna girən kəslər əlahiddə imtahan olunsun və bu imtahan necə olunsun – qaydasını yazmaqdan ötrü əlahiddə komisyon bina olunub.

________________

 

 

Tiflisdə Ərdəhan qalasını bizim rus əsgəri almaqdan ötrü iki gün şadyanalıq ediblər və bu zaman zəxmdar olan əsgərlər üçün 6 min manat cəm olub.

________________

 

 

Şəkidən “Kavkaz” qəzetinə yazırlar ki, bu il növqan çox yaxşıdır: buğdanın putu 3 abbasıya, darının 2 abbasıya satılır. Hərçənd barama da çoxdur, amma çox ucuzdur və buna səbəb budur ki, cəng olduğuna barama alan firənglərin yolu bağlanıb.

________________

 

 

Rəşt şəhərinə taun naxoşluğu düşüb xəbəri çıxdığına Badkubəyə hökm gəlib ki, Əfşəran nimcəzirəsində karantın bina olunsun ki, hər İrandan gələn gəmi öz malı və miniyi ilə belə əvvəl orada iki həftə qalıb, sonra Badkubəyə gəlsin.

________________

 

Məlumdur ki, cəng olan zaman kağız pulu qiymətdən düşür, amma Peterburq qəzetləri yazırlar ki, hərçənd bu halda bizim 825 milyon manatlıq kağız, yəni əskinas pulumuz var və indi bizim Rus dövləti Osmanlı ilə cəng edir, lakin kağız pulu ol qədr qiymətdən düşməyib və buna səbəb budur ki, davadan irəli bankların çoxu bankrot, yəni yoxsul olduğuna xalq onlara bavər etməyib, pulunu əlində saxlamışdı. Elə ki, dava başlananda kağız pulu bir az qiymətdən düşdü, hamı istədi ki, o kağızlardan alıb, sonra baha satsın. Bu səbəbə zikr olan kağızlar qiymətdən düşmürlər.

 

ELAN

 

Bir cavan rus ki, Badkubəyə təzə gəlib və özü türk dilini danışmağı blir, istəyir amil, yəni prikaşçik olsun. Hər kəs onu saxlamağa xahiş edirsə, “Əkinçi”nin idarəsinə xəbər eləsin.

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunub.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 

 

 



[1] Bir çox arzular var idi ki, məhv olur.

[2] Yəni: aldadıb.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info