Qonaq Kitabı
12 may Rusiya, sənə 1877

MƏKTUBAT

 

Bokl adlı hükəma ingilis tayfasının və Dreper adlı hükəma tamam Avropa əhlinin elm və ağlının bu mərtəbəyə çatmağının tarixini yazıblar və bu tarixi yazmaqdan ötrü keçən zəmanələrin kitablarını tamam oxuyublar, yəni keçmiş zaman insanın elm və ağlı nə mərtəbədə olmağı ol zamanın kitablarını oxumaq ilə, əsbabi-ziraət və qeyrəni mülahizə etmək ilə bilmək olur. Məsələn, 10 il bundan əqdəm paltar tikməyə maşın yox idi, amma indi var. Bu halda havaya qalxmaq məqdurdur, amma hava ilə özü xahiş edən tərəfə getmək mümkün deyil, yəqin ki, gələcəkdə ona da əlac tapılacaq.

Pəs hər zəmanənin bir qanacağı var ki, bu qanacağı ol zəmanənin kitabların-dan, xalqının adətlərindən, işdətdiyi əsbab və qeyrədən bilmək olur.

Gələcəkdə bizim tərəqqi etmək tarixini yazan indiki zəmanəyə baxanda məəttəl qalacaqdır ki, nə yazsın. Həqiqət, bizim əsbablar və qeyrə yüz, bəlkə min il bundan əqdəm olandan tərəqqi etməyib.

Kitablarımız.... Bu halda bizlərdə kitab inşa edən yoxdur. Kitab əvəzinə həcv inşa edirik. Və həcvlərimiz həm tənəzzül edir. Məsələn, 30 il bundan əqdəm cənab Zakir mərhum Qasım bəy Qarabaği yazan həcv ilə indi Hadiyül-Müzillin yazan həcvlərə baxan gərək ki, onların təfavütü çoxdur. Doğrudur, cənab Zakir də çox vaxtda boş sözlərə, məsələn, bir başmaq itmək üstə danışıb, amma genə onları oxumaq olur. Lakin indi yazılan həcvlər, məst olan çəkməçi danışığına oxşamadığına nə ki onları çap etmək olmur, hətta olan kəs onu oxuyanda əti ürpərir.

Çünki bizim zəmanə tərəqqi zamanıdır və tərəqqi etməyən tayfa günü-gündən tənəzzül edib axırda puç olacaq, ona binaən bizim şüəra qardaşlarımızdan – ki, onlar əlhəqq xalqın gözçüsüdürlər, – iltimas edirik təqazayi-zəmanəyə müvafiq xalqın gözünü açmağa səy eləsinlər, yoxsa hədyan danışmaq bir çətin zad deyil və ondan heç kimsəyə bir nəf yoxdur.

Nəcəf Vəzirzadə

 

Bu sənayi – 1294 Gilanda həm qış quraqlıq keçdi və həm bahar quraqlıqdır. Bu gün ki rəbiüssani ayının 18-dir, novruz bayramından bir ay yarım keçir, yağış gəlmir və qış quraqlıq olduğuna binaən göllərdə su cəm olmayıbdır. Baharda ki, yağış yağmır, göl suyu ilə əmələ gələn ziraətlərin işi çox çətindir. Allah rəhm eləsin, amma havanın quraqlığına binaən bu halda hövqan yaxşıdır və qurdlar zirəkdir. Japon toxumu bir dəfə, iki dəfə çıxanlar bu günlərdə toxuyacaqlar və Xorasan toxumları qabaq-dalı cəmadiüləvvəl ayının axırınacan çoxu toxuyacaqlar. Əgər o zamanda soyuq ilə gələn yağış yağmaya, ümid var ki, qurdlar barama toxusunlar, barama yaxşı olsun. Amma indi allahdan yağış istəyirik. Əgər o vaxtda həm soyuğu olmayan yağış yağa genə var ki, növqan yaman olmaya.

Qərəz, yağış olmasa, düyünün olmamağı yamandır. Allah taala öz fəzlindən bir növ mərhəmət eləsin ki, hər ikisi üçün yaxşı olsun.

Əgər soyuq gələn yağış yağsa da, elə soyuğu olmaya və növqan da yaxşı ola. Yəqin olacaqdır ki, qurdun xarab olmağı soyuq olan yağışdandır. Və əhvalatı genə də öz vaxtında yazacayıq. Bu məktub yaddaşt üçün yazıldı.

İndi cənab Nasirül-mülkün səyinə binaən papiros tənbəkisi əkilmək bab olub. Ümidvarıq ki, bundan sonra onu əlalandırmağa səy edənlər və Gilanın bu havasına binaən pambıq və arpa-buğda yaxşı olur.

_______________

 

Lənkərandan yazırlar ki, bu il qışda qar yağmadığına dağlarda qar yoxdur. Ərkvan mahalının sakinləri ki, öz çəltiklərini Viləş çayının suyu ilə suluyurlar, bu il çox az çəltik əkdilər. Hər qəryə iki evin yerini əkib ki, gələn ilin toxumu ələ gəlsin.

Zikr olan çayın suyu nə qədər az da olsa xalqa çatardı, amma onun başından 3 arx aparılıb. Birisi İməs, birisi Qazitski, birisi Miribrahim bəyin yerlərinə. Su çox olanda ol arxların xalqa zərəri yoxdur, amma bu halda çox zərər eləyir.

Və genə yazırlar ki, keçən səfər ayında Qızılağac qəryəsində bir quduz çaqqal 7 adam tutmuşdu, hamısı vəfat etdi. Və Masallı qəryəsinin qəbristanlığında məhərrəm ayında bir kaftar 3 – 4 qəbir qazıb meyitləri yemişdi.

 

TƏZƏ  XƏBƏRLƏR

 

Badkubədə isti düşüb, küçələrimizi genə toz basıb və bu tozdan xalqı xilas etməkdən ötrü küçələrə neft çiləyirlər.

_______________

 

Badkubəyə gələn tellərdən məlum olur ki, bizim rus əsgəri Gömrü tərəfində Bayazid və Ərdəhan qalalarını alıb. Amma Tuna əsgəri Tuna çayını keçməyi məlum deyil.

_______________

 

Mayın 11-də general Frankini Tiflisdən Badkubəyə gəlib, Tehrana getdi.

_______________

 

Məlumdur ki, zakona müvafiq manata 6 qəpikdən ziyadə müamilə almaq qadağandır və habelə məlumdur ki, bir kəs borclu olub, onu verə bilməsə, pul sahibində ixtiyar var ki, borcdusunu dustaq eləsin. İndi yazırlar Peterburqda danışırlar ki, bu zakonların hər ikisi bərhəm olub.

_______________

 

May ayının 8-də Badkubənin camaat bağında Qafqazda zəxmdar olan əsgərlər üçün pul yığmaqdan ötrü seyr bina olmuşdu. Hər bağa girən bir abbasi verməkdən 410 manat vüsul oldu.

_______________

 

Yazırlar ki, əlahəzrət şahənşahi-İran Serbistanın knyazı Nikolaya, keçən il serblərin əsgərinə sərəsgər olan rus generalı Çernyayevə, Rusiya dövlətinə təəllüq olan Türküstan məqribinin hakimi general Kaufmana Şiri-Xurşid ənam edib.

_______________

 

Aprelin 30-da padşahi-imperaturi-əzəm Kişinyovdan qayıdıb Peterburqa gəlib. Yazırlar ki, camaat onun pişvazına çıxıb, çox şadyanalıq edib.

_______________

 

 

Peterburq şəhərinin camaatı məclisi qət edib ki, şəhər pulundan zəxmdar olan əsgərlərə bir milyon manat verilsin.

_______________

 

Aprelin 16-da Moskva quberniyasının bəyzadələri cəm olub öz yerlərinin üstə hər desyatinə bir qəpik xərc qoyublar ki, bu xərci cəng qurtarıncan versinlər. Bu xərcdən ildə 95 min manat vüsul olacaq ki, onu zəxmdar olan əsgərə məsrəf edəcəklər.

_______________

 

Peterburqun tacirləri cəm olub qət ediblər ki, cəng qurtarıncan hər ildə pervi gildi 300 manat və vtoroy gildi 50 manat, cümlətani hər ildə 500 min manat versinlər ki, zəxmdar olan əsgərlərə xərc olsun.

_______________

 

Aprelin 25-dən Berlin şəhərindən yazırlar ki, Osmanlı dövləti razı olub ki, Osmanlı torpağında sakin olan rus tabelərinin işlərinə Prus konsulları baxsın.

_______________

 

İstanbulda olan konfransın qətinə Osmanlı dövləti razı olmadığına, ol vaxt Avropa dövlətlərinin vəziri-muxtarları İstanbuldan çıxıb getmişdilər. Sonra cəng başlanandan irəli İngilis dövləti öz vəziri-muxtarın genə göndərib. Ol vaxt yazırdılar ki, qeyr dövlətlər cəng qurtarıncan vəziri-muxtarların göndərməyəcək. Amma indi Prusiya və Avstriya həm göndəriblər və deyirlər ki, Firəng və İtaliya da göndərəcəklər.

_______________

 

Badkubədə puli-imperial 7 manat bir abbasi, qəndin putu 7 manat 7 şahı, neft cövhərinin putu 90 qəpik, qoyun ətinin girvənkəsi 6 qəpik, mal əti 7 qəpik, düyünün putu akulə 60 qəpik, rəsmi 30 qəpik, buğdanın xalvarı 18 manat, arpanın 14 manat, yağ kərə 16 qəpik, sarı 60 qəpik.

 

E L A N

 

Bizə kağız yazıb kinayə vuran kəslərə - ki, qəzeti onlara vaxtında göndərmir-dik, – məlum olunur ki, biz qəzeti həmişə öz vaxtında göndəririk. Ona binaən onun vaxtında vüsul olmamağının taxsırı bizdə deyil.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info