Qonaq Kitabı
17 mart Rusiya, sənə 1877

 

Peterburqdan yazırlar ki, bu yavıq zamanda dövlət zamin olan obliğatsiya kağızlarından Avropa vilayətlərindən Peterburqa bir milyon manatlıq satmağa göndəriblər.

_______________

 

“Tiflisski vestnik”də çap olunan tellər:

1) Peterburqdan fevralın 28-də. Rusiya dövlətinin “Agent” rus qəzeti yazır ki, bu halda Avropa dövlətlərinin arasında danışıq olur olur ki, əgər Osmanlı dövləti müəyyən olan vədəyəcən qanunu qoymasa, neyləmək gərək.

2) Londondan martın 2-də. Rusiya dövləti Osmanlı işləri barəsində Avropa dövlətlərinə pişnəhəd elədiyi proyekti vüzəra məclisi mülahizə edib. Vəziri-xaricə Derbi və Rusiyanın vəziri-muxtarı Şuvalov proyektin şərtləri barəsində razı olublar və ümid ki, bu günlərdə ona qol çəkilsin və genə martın 4-dən. Bu gün general İqnatyev Londona gəldi.

3) İstanbuldan fevralın 26-da. Qaradağın vəkilləri Osmanlı dövlətindən Nəkşəç, Spitsa qalalarına 12 kənd və bir dərya kənarında Bargah və Bayan çayında gəmi saxlamağa izin istəyir.

Martın 5-də. Vüzəra məclisi Qaradağın şərtlərinin heç birisini qəbul eləmədi.

Martın 8-də. Qaradağın vəkilləri razıdır ki, Osmanlı dövləti onlara bircə Bayan çayında gəmi saxlamağa izin versin.

Martın 13-də. Qaradağ ilə aprelin birinəcən sülh olub ki, bu zaman cəng olmasın.

Martın 5-də. Üləmalar və tələbələr istəyir ki, dövlət Midhət paşanı gətirsin. Bu barədə gizdin kağızlar yazıb xalqa paylanır. Xalq dövlətdən çox narazıdır.

Martın 8-də. Bu gün millət məclisi açıldı.

_______________

 

Bu halda Senatda dövlətə asi olan kəslərin işinə mülahizə edirlər. O kəslər Moskva, Tula, Oryol və qeyr şəhərlərədə bir gizdin icma bina edib, xalqa dövlət qadağan edən kitabları paylayırlar imiş. Onların bir neçəsi gürcüdür.

________________

 

“Kavkaz” qəzeti yazır ki, Badkubə şəhərinin intixab edici komissiyasına cənab Cakeli rəis təyin olub. Deyirlər tel var ki, ol cənabı Badkubəyə qlava təyin ediblər.

Badkubədə çox bahalıqdır və bəzi şey, məsələn, mal əti heç tapılmır.

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 

 



[1] Biz bu sözü deməklə deşilməli bir cəvahiri deşdik. Əgər bir şəxs bizim sözümüzə rəğbət etməsə, peyğəmbərin borcu çatdırmaqdır, vəssəlam!

[2] Allahın şüarlarını kim böyüdür.

[3] Bir çox arzular var idi ki, məhv olur.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info