Qonaq Kitabı
18 yanvar Rusiya, sənə 1877

 

Dekabrın 28-də İstanbuldan yazırlar ki, şeyxülislam Xeyrulla əfəndi özünü əsgərə yazdırıb ki, müsəlmanlar ona baxıb özlərini əsgərə yazdırsınlar.

_______________

 

                                                                   

Osmanlı dövləti keçən il 7 milyon liralıq kağız pulun kəsdirmişdi. İndi dekabrın 25-dən tel var ki, hökm olunub iki milyon yarım lira xalqdan cəm olunsun və bitavana kəslərin yerinə onların hissəsini tavana kəslər versin.

_______________

 

İstanbuldan konfransın məşvərəti barəsində gələn tellərdən məlum olur ki, konfrans təzədən açılıb, calislər piş əzvəqt yazdığı şərtlərə mülahizə edib, onları dəyişdirib, azaldıb, təzədən şərtlər yazıb, Osmanlı dövlətinə pişnəhad ediblər. Osmanlı dövləti böyük divanı – ki, onda 200 calis, o cümlədən müsəlmanların, xristianların, yəhudilərin ruhanisi həm olub, - cəm edib ki, o şərtlərə baxsınlar və cənab Midhət paşa divana deyib ki, ol şərtləri qəbul etsin. Amma divanın calisləri tamam deyiblər ki, heç bir şərtə razı deyilik. Ona binaən konfrans bağlanıb və onun Avropa dövlətləri tərəfindən gələn calisləri və o dövlətlərin vəziri-muxtarları İstanbuldan çıxıb gediblər və gedən zaman Osmanlı dövlətinə məlum ediblər ki, əgər bir dövlət Osmanlı ilə cəng başlasa, Avropa dövlətləri ona mane deyillər. Bizim Rusiya dövlətinin vəziri-muxtarı, İqnatyev ki, konfransda həmcalis idi, o tellərə görə gərək bu yanvarın 13-də İstanbuldan çıxıb gedəydi. İndiyəcən calislərin getməyi yəqinən məlum deyil.

_______________

 

Əgərçi bu halda serblər ilə martın birinəcən barışıq olub, amma Rusiyadan onlara köməyə gedənlər orada dayanıb, cəng başlanmağı gözləyirdilər, indi gələn tellərdən məlum olub ki, Rusiya generalı Nikitin və qeyr ruslar Serbistandan çıxıb Rusiyaya gediblər.

_______________

 

İndiyəcən Badkubəyə qar yağmamışdı, dünən bir az yağıb.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info