Qonaq Kitabı
11 iyun Rusiya, sənə 1876

Qərəz, gün-gündən dünya abad olur və xalq ziyadələndiyinə darısqal yerlərdən genişliyə yeriyir, necə ki, bir vaxt elm Məşriqdə olduğuna, Məşriq abad olub, xalq Məğribə çəkilib və elm o yerlərdə işlənib. Məşriqda xalq eyş, məcalis, badə və sadəyə məşğul oldular və şüərasilə təməinə əfali-məzburi nəzm edib külli hizbin bima lədeyhim fərihun[3] babətindən o əşarlardan kitablar yazıb, özləri oxumaqdan başqa məktəbxanalarda ətfala əsbabi-tədris elədilər. Belə ki, əlhal genə məmuldur. Bəs ki, adət olub onun eybini deyəndə inciyirlər. İndi Məğrib kamil və darışlıq olub. Xalq yeriyəcək Məşriqə. Onlar elm sahibi olduğuna ümuratı dolandıracaqlar. Pəs əlaci-vaqiə piş əzvüqu bayəd kərd[4]. Əgər indi biz öz lisanımız və öz ixtiyarımız ilə məktəbxanalar bina etməyək və büsati-elm başlamayaq, ərusi-madər hekayəti olur ki, dedi: qızım, açmasan açdırallar. Pəs o vaxt onlar öz təriqələrilə oxudacaqlar: hər dü can suzənd, amma in küca və on küca[5].

Müxtəsər, elmsiz heç zad olmaz Əl-elm sümməl-əməl, ələməl bila elmin vəbalün. Elm sahibi ilə elmsizin heç bir şeyi müqabilət və müqaviməti olmaz. Elmi-ticarəti olan abad, olmayan xarab olur və büsati-ticarət çox şəbihdir büsati-səltənətə...

Hər kira imrari-amuxtənd

Möhr kərdəndü dəhanəş duxtənd[6].

Kitab üçün səfər nəzərdədir, fəsli-digər məktub yazıla ya yazılmaya, müxalimdən istidayi-afvi-nisyan və ləğzim olunur.

Ənsənül-Qəvaid

 

“Əkinçi” qəzetində Əhsənül-Qəvaid ilə şüərayi-Şirvan mabeynində düşən mübahisədə nizaiistecal ilə islah eləmək səlahiyyəti əncampəzir olduğundan bəməzmun Vəsləhu beynə əxəveyküm[7].  O barədə ərzi-kəlam eyləyirəm ki, o iki firqənin nizai-xilaf ləfzi qəbilindən olub hər iki tərəf müddəasında bərhəqdir və lakin məhəlli-kəlamları özgədir, yəni Əhsənül-Qəvaid həzrətləri nəsihət məqamında zəmm edən gərək. Şerin o qismi olsun ki, kizbi və böhtanı və həcvi-mühərrəmi və təşbibi-qeyri-məşrui müntəzəmmindir, necə ki, o qismin xüsusunda itlaq olunubdur: ayeyi vəşşüəra yettəbiühümul-ğavun[8] ümumi ilə və hədis liən yümtəli cövfə əhədikum qəbihən xeyrən ləhu minəyyümtəli şerən[9] o qismin haqqında varid olub və eyzən o qismin haqqındadır. Əşşərrü mizmarün min məzamiri-iblas[10] hədisi və həm o xüsusda cənab Əbu Əsəd İsfahani inşa edib tərəktüş şerə lişşüərai ənni əyətişşer min-səqtil məta[11]. Şüəra həzrətlərinin dəlaili ki, şerin mədhini iqtiza eləyir, gərək mühəvvəl olsun, o qism şerə ki, elm və hikməti və tənşiti ixvanı təşhizi-əzhani və mədh və həcvi-məbahi müntəzəmmindir, necə ki, o qismin xüsusunda varid olub silsileyi-istisna innəlləzinə amənu və əmilus-salehat və zikrullah[12] və həm o xüsusda varid olub hədis innə minəşşeri ləhikmətin və hakəza lillahi künuzün təhtəl-ərşi məfatihüa- sünnəti əlsinətüşşüəra[13] və həm şair deyib ənzəmüş şeri və lazimün məzhəbi[14].

Pəs bu şer məquləsi zişt-ziba qismindən olub yaxşısı yaxşı və yamanı yaman olduğundan fövqdə məstur olan xilafda hər iki tərəfin kəlamı müstövcəbi-təvil və qabili-tədil imiş və həqiqətdə onların arasında niza yox imiş. Necə ki, hədisi-şərifdə varid olub: Əş şerü kəlamün fəhəsənühü həsənün və qəbihühu qəbihün[15]. Fəlihaza mən bəndeyi-həqir o tayfaların hər ikisindən arzu eləyirəm ki, artıq cəngü cidal mərəzində dirazzəbanlıq eləyib bu dəfə bir-birilə əfv və səfh eləsinlər, necə ki ayədə varid olub: vəlatənazəu fətəfşəlu və təzhəbu rəhbükum[16].

Məmnun Əlqədari

 

 

TƏZƏ XƏBƏRLƏR

 

İyun ayının 5-də Təbrizdə rus konsulu Badkubə karantininə tel göndərib ki, Azərbaycan vilayətinə taun naxoşluğu düşüb. O yerin Təbriz şəhərindən 55 ağac arası var.

________________

 

Şirvandan yazırlar ki, bu il quraqlıq olduğuna köçərilər tez qalxıb yaylaqlara gəlmişdilər, amma birdən bərk qar yağıb, onların heyvanlarını yarısından ziyadə tələf edib.

________________

 

Baharda quraqlıq olduğuna Badkubə uyezdinin əkininə, ələlxüsus bostanlarına çox zərər olub.

________________

 

Qəzetlərdə Soltan Əbdüləzizin əzl olmağını belə bəyan edillər: may ayının 11-də tələbələr sədri-əzəm Mahmud Nədim paşanı və şeyxülislam Həsən əfəndini xaric edib dincələndən sonra soltanın anası (validə) qurbanlar kəsib, onun ətini və pul paylamaq ilə xalqı soltandan razı etmək istəyib. Amma təzə vəzirlər sədri-əzəm Məhəmməd Rüşdi paşa, sərəsgər Hüseyn Övni paşa, şeyxülislam Xeyrullan əfəndi, vəzir Midhət paşa mayın 17-də axşam əsgəriyyə imarətinə cəm olub, jeneral Rədif paşanı Soltan Əbdüləzizin yanına göndəriblər ki, onun əzl olmağın ona məlum edib, sarayı 15 min əsgər ilə əhatə etsin. Gecə ikən Dolmabaxça sarayından Murad əfəndini gətirib sübh saat 7-də Məhəmməd Muradi-pəncüm ismində soltan edib, Soltan Əbdüləzizi və onun uşaqlarını və anasını aparıb Topxana sarayında məhbus ediblər. Sonra toplar atdırdıb həzrət Məhəmməd Muradi-pəncümün soltan olmaqlığın xalqa bəyan ediblər ki, tamam İstanbul əhli 3 gün 3 gecə şadyanalıq edib.

Həzrət Məhəmməd Muradi-pəncüm 35 sinndədir. Avropa qaydası ilə təlim olunub, türk, ərəb, fars, firəng, ingilis dillərin yaxşı bilir və özü yeni türk dəstəsindəndir.

Osmanlı müsəlmanlar 2 dəstədir ki, onun birinə qədim və birinə yeni türk deyirlər. Yeni türklər Avropa qaydası ilə təlim olunan şəxslərdir ki, o qaydanı işlədmək istəyirlər. Onların sərkərdələri xədivi-Misrin qardaşı Mustafa Fazil paşa idi ki, bu il payızda mərhum olub. İndi o dəstənin başçılarından biri zikr olan Midhət paşadır, birisi Firəngistanda vəziri-muxtar Sadiq paşadır, birisi Xəlil Şərif paşadır ki, mərhum Mustafa Fazil paşanın qızı prins Nazlını alıb ki, məzkurə Nazlı firəng, ingilis və qeyri Avropa dillərin yaxşı bilirdilər. Midhət paşa sədri-əzəm, Sadiq paşa vəziri-xəzanə və Xəlil Şərif paşa vəziri-məktabxana olacaqlar. Xülasə, indi ümurati-dövlət yeni türklər əlindədir və deyirlər onların ixtiyar olmağına, yəni Soltan Əbdüləzizin əzl olmağına bais İngilis vəziri-muxtarı İlliot olub.

Həzrət Məhəmməd Muradi-pəncum ona xəzanədən verilən iki milyon manat məvacibdən 500 min manat xəzanəyə qaytarıb. Ondan savayı soltanın məxsusi mədən, zavodların və qeyrə xəzanəyə bağışlayıb və bir də hökm edib ki, vəzirlər məsarifi-xəzanə üçün məktəbxanalar xüsusunda millət məclisi bina etməkdən ötrü və qeyrə təzə qaydalar bina etsinlər.

Mayın 24-də Soltan Əbdüləziz qolundan qan alıb özünü öldürüb. Ondan sonra onun 100 milyon manat pulu çıxıb ki, onu xəzanə zəbt edib, bir hissəsini qulluq əhlinə məvacib verib ki, onlara bir ildir məvacib verilmir imiş: bir hissəsini dövlət borclularının pulunun sələmini verib və artıq qalanını saxlayıb ki, cəng üçün məsrəf olunsun.

________________

 

Berlində Osmanlı işlərindən ötrü yazılan sülhnamənin üzünü dövləti-Osmaniyə pişnəhad etməmiş, yeni türklər Soltan Əbdüləzizi xaric edib, işləri dəyişdirdilər. Çünki ol sülhnaməyə görə Osmanlı dövləti 2 ayın müddətində öz xaçpərəst tabelərilə cəngi qurtarmasa, ol sülhnaməyə razı olan dövlətlər gərək güc ilə onu qurtareydilər, ona binaən İngilis buna razı olmayıb öz cəng gəmilərini Osmanlıya köməyə göndərdi və belə deyirlər ki, 700 min qızıl da göndərib ki, əsgərə xərc etsin. Firəng dövləti əvvəl o sülhnaməyə razı olmuşdu, amma sonra geriləyib məsləhət elədi ki, tamam Avropa dövlətləri Osmanlı işləri barəsində təzədən məsləhət etsinlər. İndi Berlindən tel var ki, bu günlərdə rus, Prus, Avstriya vəzirləri o barədə təzədən məşvərət edəcəklər. Pəs Avropa dövlətlərinin arasında danışıq qurtarmayıb, Lakin Serb və Qaradağ əyalətlərinin əhli rus generalı Çernovu və qeyri əfsərləri gətirib öz əsgərlərinə nizam öyrədib, dava üçün tədarükdədirlər. Deyirlər onlar özləri Osmanlı ilə cəng başlayacaqlar. Həzrət Məhəmməd Muradi-pəncüm Avropa dövlətlərin irəliləyib özü cəng edən xaçpərəst tabelərinə altı həftə möhlət verib ki, bu müddətdə cəng etməyəcək və peşman olub geri qayıdana kömək edəcək.

________________

 

İyun ayının 5-dən tel var ki, sərəsgər Hüseyn Övni paşanı və sədri-əzəm Məhəmməd Rüşdi paşanı ki, qədim türk dəstəsindən idilər, xalq öldürüb.

________________

 

Qəzetlərdə mərhum Soltan Əbdüləzizin bədxərcliyini belə yazırlar: onun 6 min nökəri, 1200 övrəti, 625 atı, 48 həkimi, 12 mollası, bir neçə münəccimi var imiş ki, onlara ildə 15 milyon manat xərc olurmuş.

________________

 

“Novı teleqraf” qəzeti yazır ki, Mahmud Nədim paşa əzl olandan sonra camaatın xofundan qaçıb Rusiyanın Odes şəhərinə gəlib.

________________

 

Tələblərə mayın 11-də Soltan Əbdüləzizə ərz edən zaman demişdilər ki, Rus dövlətindən təvəqqə olunsun ki, öz vəziri-muxtarı general İqnatyevi İstanbuldan aparsın. Ona binaən cənab İqnatyev bir gün piyadə tamam İstanbulun küçələrin gəzib ki, xalq görsün ki, o qorxmur.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 

 

 

 



[1] Təbiətinin lətifliyinə şübhə edilməyən yağış bağda lalə bitirər, şoranlıqda kol-kos.

[2] Bərabər olarmı?

[3] Hər bir insan yığnağı özünün əldə etdiyi şeylə fərəhlənir.

[4] Hadisənin əlacını gərək o baş verməzdən əvvəl edəsən.

[5] Hər ikisi can yandırandır, amma bu hara, o hara.

[6] Hər kimə haq yolu öyrətdilər,

Ağzını möhürlədilər və tikdilər.

[7] İki qardaş arasında barışıqlıq yaradın.

[8] Şairlər azğın, yoldan çıxmış adamlardır.

[9] Şeri əzbərləyib beynə doldurmaqdansa, hər cürə qəbih şeyləri qarına doldurmaq xeyirlidir.

[10] Şər iblisin qavallarından birisidir.

[11] Şeri şairlərə tərk etdim, çünki o geyilib işlənmiş mətadır.

[12] O şairlər ki, iman gətirib doğru ypl ilə gedirlər – onlar istisna olunur.

[13] Şerdə hikmət vardır və həmçinin allahın ərşi altında bir çox xəzinələr vardır ki, o xəzinələrin açarları şairlərin dilidir.

[14] Şer də yaradıram və məzhəbimin dalınca da gedirəm.

[15] Şer kəlamdır, onun gözəli gözəl, çirkini çirkindir.

[16] Dava-dalaş etsəniz, müvəffəqiyyətsizliyə uğrayıb hörmətsiz olarsınız.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info