Qonaq Kitabı
29 mart Rusiya, sənə 1876

29 mart  Rusiya, sənə 1876

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 

DAXİLİYYƏ

 

Bir dəfə yazmışdıq ki, hər bir qəzetin ümdə muradı mübahisədir ki, aqil kəslər bir-birilə mübahisə edib işləri xalqa bəyan etsinlər. Bu əsnada cənab Heydəri elmi-əbdan hədisinin mübahisəsi başlanmağa bais oldu. Çünki elmi-əbdan hədisinin əsli mənası məlum və aşkardır, ona binaən zikr olan mübahisənin ümdə muradı bizim elmi-əbdandan bixəbər qalmağımızın səbəblərini bəyan edib onun əlacını xalqa aşkar etmək idi. Bu səbəbə 12-ci nömrədə aqil kəslərdən sual elədik ki, o elmləri kimdən öyrənək ki, biz də tərəqqi edib payimal olmayaq? Amma indiyənəcən ol suala heç bir cavab yazan yoxdur ki, guya bizim sual ol mübahisəyə daxil deyil  imiş.

Necə ki, bir imarət təmir etmək istəyən onun üçün yer alıb orada olan təmiratları dağıdıb daş və kəsək gətirib oraya tökdürüb, sonra imarəti tikdirmək istəməyəndə ol yer ondan dəxi artıcaq xarab olur, habelə bizim elmi-əbdan bəhsi. Biz o elmlərdən bixəbər olmağımızı xalqa bəyan edib və əgər indi onun əlacının dalısıycan olmayaq işlər dəxi artıcaq xarab olacaqdır.

Pəs biz lazım bilirik bu barədə öz təsəvvürümüzü yazıb bizim aqil kəslərdən iltimas edək ki, hər bir kəs onun yaxşı ya yamanlığını qəzetdə bəyan etsin. Bir neçə ildir ki, Osmanlı dövləti məktəbxanalar açıb hər bir elmi öz dillərində xalqa öyrədir. Çünki onların kitablarını bizim adam oxumaq çətindir, ona binaən yaxşı olurdu ki, bizim millət qeyrəti çəkən qardaşlar bir bina icma edib, ol kitablardan gətirib, bir az dəyişdirib , çapxana açıb öz dilimizdə çap elədib, xalqa müftə, ya bir az qiymətə paylasın ki, bizim məktəbxanalarda şair kitablarının əvəzində ol kitablar oxunsun.

Əlbəttə, bizim şair kitabları oxudan müəllimləri birdən elm kitabları oxudan etmək olmaz. Amma ümidvarıq ki, işin binası qoyulsa, mürur ilə yerisin. Elm kitablarımız olsa, onları oxuyurlar və necə ki, su damcı-damcı düşmək ilə daşı deşər, habelə ol kitabları oxumaqdan elm və ədəb mürur ilə xalqın könlündə nəqş bağlayıb möhkəmlənər.

Bu haldan elmi-əbdandan bixəbər olduğumuza bir qeyr çarə bilməyib, bu təsəvvürü yazıb anlayan müsəlmanlarımıza məlum edirik ki,  millət təəssübünə görə əlacpəriz olsunlar.

 

ƏKİN VƏ ZİRAƏT XƏBƏRLƏRİ

 

Hər bir heyvanatın xasiyyəti və bədəninin naqis, ya tamamlığı onun övladında olur. Ona binaən ingilis və qeyri Avropa maldarları səy edib, öz mallarını yaxşılandırıblar. Məsələn, məlumdur ki, heyvanın ayaqları qısa olduqcan yavaş yeriyir və belə ağır tərpənən mal tez kökəlir. Ona binaən kök mal istəyən kəslər o malların ayaqları qısalarını seçib onların balalarından ayaqları çox qısa olanını saxlayır, qeyrlərini tələf edib, bu minval ilə bir qərinədən sonra ayaqları çox qısa və özü tez kökələn mal əmələ gətiriblər. Məsələn, ingilis donquzu ki, kökələndə heç tərpənə bilməz. Həmçinin məlumdur ki, qara malın qabaq tərəfi, yəni başı, boynu və döşü iri olduqcan gücü, dal tərəfi, yəni budları və əmcəkləri yekə olduqcan südü və tamam bədəni bərabər canlı olduqcan əti ziyadə olur. Ona binaən bir neçə qism mal əmələ gətiriblər ki, məsələn, süd malının südü, ya ət malının əti birə beş qeyr qism malların südündən və ətindən ziyadə olur. Əlbəttə, belə malları əlalandırmaq çətin deyil, ancaq zəhmət istər. Məsələn, süd üçün mal saxlayan aşağıda zikr olan nişanlar ilə süd mallarını cəm edib, onların balalarından ziyadə südlü olanını saxlayıb, qeyrlərini tələf etsə, bir qərinədən sonra çox əla mal əmələ gəlir. Həmçinin malları bir qeyr tövr ilə yaxşılandırmaq mümkündür. Necə ki, yaxşı ayqırı ilxıya qoşanda ilxı mürur ilə yaxşılanır, habelə qeyr məmləkətlərdə əlalanmış malın kəllərini sürüyə qoşanda ondan sürü yaxşılanır. Belə əlalanmış malı Avropa vilayətlərində və hətta bizim Tiflis şəhərində də satırlar.

Südlü malın nişanı budur: başı kiçik, boynu və buynuzları nazik, döşü ensiz, qarnı yekə və girdə, sağrısı canlı, quyruğu nazik və uzun, əmcəyi yekə, amma onun başları miyanə, ayaqlarının hündürlüyü miyanə və onların aşağı bəndi nazik, tükləri nazik və yumşaq olur. Onlardan savayı süd aynası ki, malın dal ayaqlarının gerisində tüklər tərsinə, yəni meyli yuxarı bitən yerə dəyirlər, böyük və onun tükləri yumşaq və yağlı kimi olur. Əmcəklərinin üstündə qan damarları çox olur.

Zikr olan nişanlardan savayı maldar gərək onun südlü olmağın imtahan etsin. Mal üç doğanacan onun südü məlum olmaz. Südü bir qabda saxlayıb onun qaymağının qədərini bilmək gərək. Ona binaən ki, bəzi malın südü duru olduğuna çox görünür, amma yağı az olur.

 

MƏKTUBAT

 

8-c i  f ə s i l . Keçən fəsildə vədə elədiyimiz mətləb tul əncam idi və mənzur bu idi ki, ondan sonra məniyi-şəriətdə və xəzanədə danışıb, ta əvvəlinci fəsildə zikr olan məvanei bəyan edək. Vəli bu mətləb özü də məvane peyda edib, qaldı. Behər təqdir əz-cümleyn ülumi-kəmaliyyə ülumi-ziraətdir və ziraət həmin arpa, buğda deyil. Hər bir şey ki, yerdən əmələ gəlir ziraətə daxildir. Məsələn, ipək baraması.

12 ildir ki, Qafqaz, Gilan və Mazandaran yerlərində barama olmur. Ona binaən xalq pərişan olub. Ələlxüsus Gilan əhli ki, onların naləsi aləmi tutub. Zarelər və tüccarlar əldən düşüb. Hərgah bizim əhldə ülumi-ziraət olseydi, bu ərzi-müddətdə elm üzündən ya onun çarəsin tapmışdılar, ya imtahanat və təcrübat ilə bir qeyr ziraət əmələ gətirərdilər. Məsələn, qənd xalq üçün xörək olub xah qəni, xah fəqir və bu qədər qənd ki, məmaliki-İrana gəlib əvəzinə pul gedir, hamısı Firəngistanın bir quberniyasında əmələ gəlir ki, Marsel olsun, beibarəti-müsəlmani bir valinişin yerdir və çuğundur, yəni zılx suyundan qayırırlar. Bebin təfavüti rəh əz kücast ta bekuca[1]. Onlar çuğundur suyun belə əmələ gətirirlər, amma Mazandaran mahalında neyi-şəkərdən bir zad qayırırlar ki, adam onun rəng-buyindən birəğbət olur. Gər gəda kahil bəvəd təqsiri-sahibxanə çist[2]? Pəs bəd əz on ki, elm olmadı əməlin təqsiri nədir? Əməl mövqufdur əməl edənin elminə. Əgər onların elmi olaydı onun çarəsin edərdilər ki, qənd öz məmləkətlərində əmələ gəlsin. Həm xalq güzəran yolu açardı, həm bu qədər pul məmləkəti-xariciyə getməz idi. İldə nə qədər hər adamın xərcinə təfavüt edərdi və ticarət əmri də rövnət tapardı. Məsələn, bu halda firəng qəndini hər puduna 3 manat 20 qəpik gömrük məsarifi olduğuna Qafqaz vilayətində firəng qəndi sərf etmir, amma İrana aparmağa Rus qəndi sərf etmədiyinə, firəng qəndi aparıllar. Əlbəttə, Firəngistanda 2 manat yarımadır ki, Badkubəyə gətirib 5 manata satırlar. Pəs Firəngistanda hər bir məkulatın bahalığı ilə və əmələnin icrətinin ziyadəliyi ilə, məsələn, 2 manat yarım olanda, əlbəttə, fabrika sahibləri genə nəf edirlər. Pəs bizim yerlərdə məkulat və əmələucuz olduğuna gərək dəxi qənd ucuzraq əmələ gələ. Bunlar təfəkkür istər.

C a v a b: Filankəs, buya sənin xəbərin yoxdur ki, Mazandaranın Barfərş şəhərində qənd fabrikası bina elədilər, amma zərərinə binaən mövquf oldu. Bəli, yaxşı xəbərim var ki, onun mübaşiri əvvəl Hacı Mirzə Məhəmməd Bərrar taciri- Təbrizi və sonra Hacı Yəqub taciri-Kaşani idi. Onun mövquf olmağına nacə səbəb oldu ki, onların birisi aləmi xərab edər, əz on cümlə təkəbbür və nəxvət, bihesablıq və xəyanət, israf və təbriz. Hər kəs o əməli özü üçün mədaxil yolu bilib öz tərəfinə əxzü cərr etməyə məşğul oldu, belədə əlbəttə, iş əncam tapmaz.

Tovfiri-əməl budur ki, elm əhli əməli əncama yetirib ondan nəfbərdar olur, amma əhli-eli olmayan əmələ qarışmamış əxzü cərr fikrində olub, əməli puç edir və özüdə nəfdən qalıb biabru və sərgərdan olur.

Ey qardaşlar, cəm olun elmə və sədaqətə, ta abad olasız, qaçın nəxvət və israfdan, xəyanət və bihesablıqdan, ta xərab olmayasız.

 

Gələn fəsil sənaətdən ərz olacaq.

Əhsənül- Qəvaid

 

_______________

 

Badkubəli molla elmi-əbdan bəhsində mətləbi-rabei belə bəyan edib: ərbabi-mərifət külli millətlər Məhəmmədül-mustafa peyğəmbərin sahibrəyi-kamil olduğuna bahis deyillər ilaxirə.

Əvvələn, o şəxsi-sail həzrətin rəyi-kamil olduğuna heç bir növ şəkk eləməz, bəlkə bu sualına binaən məqami-təsdiqdə olduğun ibraz edər. Əgər soruşsa ki, mən nə vaxt cənab peyğəmbər haqqında izhari-süstrəylik elədim ki, süz onu kamalın isbat etmək istəyirsiniz – cavabı nədir?

Saniyən, şəxsi-əvam əgər filməsəl, alim sözün anlamaya, ya xeyr, alim öz elminə əməl etməyə, əvvəlinci halda alimin və ikinci surətdə elmin nəqsi nədir?

Kütübi-şəriət ki, Qurani-məcidin şərhində müdəvvindir ehkami-ticarət və adabi-qəzavət və qeyr həm ki, bəyan olunubdur. Pəs cəmi nüqati-aləmdə islam ticarətinin səbəbi-tənəzzülü gərək nə olmuş ola. Qazilərin dürüst kirdarlığı öz insaflarına mühəvvəl olub. Ol xüsusda danışmaq bizlərə təklif deyil.

Rabiən əgər əhli-islamın şəriəti mücərrəd adət təməi-behişt və xofi-cəhənnəmə müxtəs olseydi, belə irad gətirmək məhz xilaf olardı və ona cavab bundan artıq ki, bizim ehkami-şəriətimiz belədir və şarei-müqəddəs bizlərə belə hökm edibdir, bir şey lazım gəlməzdi və heç bundan mötəbər cavab yox idi. Pəs sailin mənzuru oldur ki, bu vüsəti-şəriətlə müsəlmanların qeyr tayfalardan geri qalmağına səbəb gərək nə olsun?

Baqisi yazılacaq.

______________

 

Petrovski və Teymurxan-Şura Dağıstan mahalında təzə bina olmuş şəhərlərdən hesab olunurlar və hər iki şəhərin dadistədi mövqufdur əsgər əhlinə.

Petrovskinin xoşməkanlığı ki, şərqi və şimali dərya, qərbi və cənubi səmti dağdır, bir havayi-məxsus vüsəti-nəfəs üçün onda istişmam olur ki, bədənin və ruhun yüngül olmağına səbəb olur.

Ətrafın əyanı və əşrafı dərya suyuna çimməyə, qımıs, yəni at südü içməyə, Rusiya tərəfindən üzüm yeməyə buraya cəm olurlar.

Hər gün günortadan sonra əyan-əşraf şəhərin milli bağında nücəba üçün bina olan evdə rəqsə və təfrihi-damağa məşğul olurlar və dövləti muzıkaçılar hər gün camaatın xoşvaxtlığına məşğul olurlar.

Keçən yay Dağıstan nücəbasından Avar xanının bikəsi Şamxalın qızı öz mütəəlliqələri ilə ki, neçə dəfə Dağıstan uyezdlərinin xatunlarından idilər, hər gün bağa səyahətə çıxıb, camaatın nəzərində həddən artıq cilvələri var idi.

Petrovskinin iki verstliyində bir palçıq vardır ki, bəzi naxoş üçün onun içində yatmağı həkimlər caiz bilirlər, amma Dağıstan əhli adət üzərilə xah naxoş, ya qeyri-naxoş ola, 10 – 15 köç və küflət ünas və zükur hər gün qız və gəlin faxir libaslar geyinib, Petrovskinin baş küçəsindən düşüb, saz və nağara çala-çala rəqs və toy ilə dəstə-dəstə zikr olan palçıq tərəfə gedirlər.

Petrovskinin 14 verstliyində isti su var ki, Dağıstan əhli o suda yatmağa çox gedib və mənfəətin iğraqi-tərif edər.

Şəhər əhlinin çoxu qulluq və əsgər əhlidir, tacir və sövdagər şəhər əhlindən çox azdır. Bilcümlə dadistəd edənləri Qafqaz və İran xalqıdırlar. Onların bəzisi Dağıstan qızları alıb və xatunların öz adətləri ilə çadırşəbə büründürürlər.

Baqisi yazılacaq.

Heydəri

______________

 

D ə r b ə n d d ə n. Bizim şəhərin xalqı ya tüccarlıq, ya sənətkarlıq və ya fəhləlik ilə güzəran edir. Ticarət əhlinin əvvəldən də tanqahi cüzvi olub. Onlar Rusiyadan mal gətirib onun bir hissəsini nəqdə və bir hissəsini nisyə satıb, nəqdini boyağa xərcləyib, mizanda ki, iyul ayı olsun, öz boyağını və nisyədən hasil olan boyağı cəm edib, Rusiyaya aparıb füruş edib mal gətirirdi. 3 illik ki, nisyə xalqın üstə qalıb və nəqdi ki, boyaq idi qiymətdən düşüb. Ona binaən alış-veriş bilmərrə yatıb. Onların çoxu dükanların bağlayıb və bəzi bir çotgə və özü qalıb, bilmir nə eləsin. İndi hər bir adam gərək təzədən dadistəd binasın qoysun, amma tanqahsız heç bir iş etmək mümkün deyil. Belədə camaat birləşib bang bina etsəydi, fəqir-füqəranın əlindən tutub onlara kömək edərdi. Amma çifayda bizim adam hər kəs öz başının fikrində olub, camaat üçün nəf verən işlərdən bir tədbir və məsləhət eləmək əsla xəyallarına gəlmir. Pəs yaxşı olurdu ki, böyük olan hakimlər bizim şəhərdə bang təyin etmək səyində olaydılar ki, bizim tüccarlar bang köməyi ilə təzə dadistəd başlaya bilsinlər.

_______________

 

Dərbənddə təzə ildən miravoysud bina olunub. Əgərçi boyaq dadistədinin ərizəçiliyi bilmərrə orada yoxdur, amma onunla belə ərizəçinin çoxluğundan cənab sudya təngə gəlib.

Şəhərimizin buçağacan nataryusu yoxdur, ona binaən çox məəttəllik çəkirik.

 

Əlimədəd Abdullazadə

 

TƏZƏ  XƏBƏRLƏR

 

Həzrət sərdarın dəftərxanasında Badkubə qubernatoruna yazırlar ki, Məkkəyə gedən müsəlmanlara məlum olsun İsgəndəriyyə şəhərində olan Rusiya konsulu yazır ki, müsəlmanlar Məkkədən qayıdan zaman Cəddadən gəmiyə oturub İsgəndəriyyəyə gəlirlər, amma oradan İstanbula gəmi olmadığına ləng olurlar. Ona binaən yaxşı olar ki, onlar Rus ya Avstriya və ya Xədifiyyə camaatının gəmisinə otursunlar ki, onlar birbaş İstanbula gedər.

Rusiya Kokanı zəbt edəndən sonra İngilis dövləti çox təşvişə düşüb istəyirlər, öz padşahlarına imperator desinlər ki, Asiya qitəsinin sakinləri onları güclü hesab etsin. Onlar qorxur ki, Rus Türküstanı, Bilucistanı, Əfqanıstanı zəbt edib Hindistanı alsın. Amma Rus qəzetləri yazır ki, bizim qonşular qanun üzünə öz işlərinə məşğul olsa, onlar ilə işimiz yoxdur. Çünki Hindistanda İngilis qanunu işləyir, ona binaən oraya getmək bizim heç xəyalımıza gəlmir.

_______________

 

Peterburq qəzetlərində martın 2-dən yazırlar ki, 2 aydan sonra əlahəzrət Şahənşahı-İran əsgər cəm edib, Məşhədə türkmanlar ilə cəng etməyə gedəcək.

_______________

 

“Türküstan qəzeti”ndə yazırlar ki, Kokan xanlığı zəbt olandan sonra Abtavabaşçını və qeyr sərkərdələri tutub Rusiyaya göndəriblər. Vədəsi tamam olan əsgər adamına izin olmayıb ki, evlərinə qayıtsınlar.

_______________

 

Misir əsgərləri Həbəş əsgərini pərakəndə edib, amm İngilisin məsləhətinə binaən Zəngibar yerinə getməyiblər. Ona binaən Zəngibarın soltanı İngilisə xoş gəlmədən ötrü öz vilayətində olan qulları tamam azad edib.

________________

 

Martın 10-da İngilis padşahının oğlu Hindistandan geri qayıdıb.

_______________

 

Misir dövləti martın 11-də Parij şəhərində təzədən 6 milyon manat borc edib.

_______________

 

Sibirdə məxsusi mədən zavodlarında 1875-ci ildə 1390 pud qızıl əmələ gəlib.

_______________

 

Şved dövlətində bir libas ixtira ediblər ki, yanğı olanda onu geyib oda girmək olur.

_______________

 

Dünyada dərya içində, yəni su altında olan teleqraf məftillərinin 75000 verst tuli var. Əgər Dəryayi-Mühitin Bir hissəsi ki, Çin və Amerikanın arasındadır, oradan tel aparılsa, yerin ətrafında bir başa tel olacaq ki, tuli 8900 verst olsun.

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 

 



[1] Bax gör, yolun fərqi haradan haraya qədərdir.

[2] Əgər dilənçi tənbəldirsə, ev sahibinin təqsiri nədir?



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info