Qonaq Kitabı
5 oktyabr Rusiya, sənə 1875

Aşkar görürük ki, xarici vilayətlərin adamları bizim vilayətimizə gəlib vilayət əhli müttəle` olmayan şeylərin mübaliği-xatir dövlət cəm edib və mənfəət aparırlar. Bir firəngi tacirindən soruşsan ki, Qafqazın filan şəhərində nə şey əmələ gəlir, elm üzəri ilə onu elə bəyan elər ki, sən özün mat və mütəhəyyir qalusan. Amma o şəhərin əhlindən sual edəsən ki, kişi, sənin bağında neçə qism yemiş ağacı və nə qədər üzüm, meyvə var, qətən deyəcəkdir hesab eləməmişəm.

Firəngistan əhli zükur və ünasən üç-dörd müxtəlifə dillər ilə danışırlar. Amma müsəlmanlar içində savadı olan adamlardan çox az tapılır ki, öz dilində bir dürüst məktub yazsın.

Əgər bir şəxs desə ki, əmi, keçən zamandan bu zəmanə yaxşıdır və bu zəmanəyə allah keçən zəmanədən artıq bərəkət veribdir, ağraq danışmayacaqdır. Ondan ötrü ki, hər məmləkətdə müəllimxanalar və mədrəsələr açılıb və əsbabi-mərifət ətraf aləmə dağılıb. Badkubə kimi şəhərdə sənin öz milli dilinlə qəzet basılır, uzaq məmləkətlərdə olan əxbari-qəribə və müfid söhbətləri öz evindən çıxmayıb oxuyub bilirsən. Gör ki, Avropa məmləkətləri və Yeni dünya, dəmir yollar, buxar gəmiləri olmaq səbəbilə səninlə yaxın qonşu olub. Məkkeyi-müəzzəm ziyarəti ki, neçə il bundan sabiq çox müşkül idi və bir il yaxın səfərin tuli var idi, iki ay ya iki ay yarımda kəmali-istirahət ilə gedib-gəlmək olur.

Nuri-mərifət dünyanı tutub, heç insaf deyil ki, adam vaxtın keçirib bu ayeyi-şərifin məzmunundan göz örtsün: həl yəstəvi əlləzinə yələmun vəlləzinə la yələmun.[4] Fürsət əldən verib öz qom və əqrabasın hərfət və sənət elmlərinin feyzindən qoyan şəxs onların bədbəxtliyinə bais olub və zülmi-fahiş onların haqqında edəcəkdir.

Heydəri.

______________

İrəvanda Məhəmməd Rəhimbəy yazır ki, İran dövlətinin Xoy şəhərinə ticarətə getmişdim. Rəcəbin 25-də bir neçə min Osmanlı əhli İran sərhəddini keçib Daş məku mahalını qarət edib, 5000 qədər at, mal apardılar. Sonra Osmanlı dövlətinin Ban şəhərinə gedib orada dadistəd edirdim. Şabanın 15-də İran tərəfindən Ziyaüddövlə Məhəmməd Rəhim Mirzə 500 atlı ilə gəlib Van şəhərinin ətrafını qarət etdi.

______________

 

İrəvandan, şabanın 22-də Məhəmmədəli bəy Vəliyev yazır ki, bir neçə həftədir İrəvan uyezdinin Dəvə qəryəsində adamxor heyvan peyda olubdur. Gecələr gəlib evlərdən uşaqları aparıb yeyir. İndiyəcən 13 nəfər uşaq yeyib və həmçinin Çəğin mahalının bir para kəndlərindən bir neçə uşaq dəxi aparıbdır. Ol heyvanı görənlər deyirlər ki, onun rəngi qırmızıya maildir və özü itə oxşayır. Amma bəziləri deyir rəngi qaradır və qurda şəbahəti çoxdur. Ol kəndlərin xalqı əlində tüfəng qarovul çəkirlər, amma onu görmək müyəssər olmur. Bu halda cənab uyezdni naçalnik Şağubatov bu barədə silist edir.

Dünyada heç bir heyvan yoxdur ki, insanın şücaətindən və gözlərinin nurundan qorxmasın. Ona binaən olmaz ki, heyvan adamxor olsun. Doğrudur ağ pələng, qurd və kaftar düşəndə bir uşaq aparırlar. Amma onlar aclıqdan bu qələti bir edib, bir də dəxi etməzlər. Xülasə, bu xəbərin həqiqətini bilməkdən ötrü çox intizar varıq və ümidvarıq ki, Məhəmmədəli bəy onun keyfiyyətini yazıb bizə məlum eləsin.

                                            ________________

 

Qubadan bizə yazırlar: boyaq qiymətdən düşməyə binaən qeyri yerlərdən Qubaya gəlib müamiləçilik edənlərin işi xarabdır. Tamam Quba əhli, ələlxüsus yəhudilər öz mülk və mallarını nataryus əlilə oğlanlarına ya övrətlərinə verib sahibtələblərə bir qəpik vermirlər və şəhərimizin belə şuluq olmağına səbəb vəkillik edən kəslərdirlər. Onlar hər iki tərəfdən pul alıb ikisin də bədbəxt edirlər və ümidvarıq ki, bizim şəhərə yaxşı təlim almış və insaflı vəkil gəlib bizləri ədalət divanının səmərəsindən məhrum edən kəslərin əlindən xilas etsin.

Bu kağızı yazan elə fikir edir ki, qeyri yerlərdə halva yeyirlər. Əzizim, siz istədiyiniz vəkili Rusiyanın paytaxtında tapmaq olmur.

 

Qəzəl

Həzaran şükr kim, bir şəxsi-aliqənd hümmətdən

Qəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən

Məlikzadə Həsən bəy arifi-dünya Zərdabi

Götürdü əhli-islamı bu gün xaki-məzəllətdən

Zəbani-türk ilə agah eylər əhli-Qafqazı

Gəhi tazə xəbərlərdən, gəh asari-hökumətdən

Olub sövdagəri-xeyr ol mükərrəm əhli-islamı

Xəbərdar eylədi hər nəf`ü hər kəsbü ticarətdən

Nəsimi-sübhtək feyzi olub bu aləmə sari

Oyatdı lütf əliylə qəflət əhlin xabi-qəflətdən

Bu iznə razılıq vacibdir əlhəq əhli-islamə

Ki, verdi imperaturi-cəhanpərvər ədalətdən

Dəxi ol izn alan şəxsin bizə vacibdir ikrami

Ki, oldu xeyrxahi əhli-Qafqazın nəcabətdən

Görüb ol kari-xeyri bu duanı eylədi Seyyid

Dedi əhli Şəmaxi cümləsi amin sədaqətdən

İlahi padşahi-Rusun eylə dövlətin əfzun

Məlikzadə Həsən bəyin ömrünü hifz eylə afətdən.

 

 

 

TƏZƏ  XƏBƏRLƏR

Əgərçi bu halda Qerdseqovinəni Osmanlı əsgəri tamam zəbt edibdir və ol vilayətin dövlətdən narazı olan sakinləri dağlarda və meşələrdə məskən ediblər, amma genə təkdə bir gənc olur.İndionların baş sərkərdələri Sarko adlı keşişdir. Onun 5000 qədər əsgəri var. Onlar konsullara verdiyi ərizənin mətləbi budur ki, Osmanlı dövləti onların haqqında çox cəbr edir. Ona binaən onlar Osmanlıya tabe olmaq istəmirlər.

_____________

Çin vilayətindən rəcəbin 11-də yazırlar ki, bu il çox yağınlıq olduğuna çay az hasil olub.

_______________

Kırımın Feodosi şəhərindən yazırlar ki, bu il ol şəhərə gedən dəmir yolu qurtardığına oraya ol qədər üzüm, yemək və dərya suyuna çimmək ilə özünə müalicə edən gəlib ki, evlərdə yer olmadığına şəhərin bağlarında məskən ediblər.

_______________

Misirdən yazırlar ki, pambığın əkini çox yaxşıdır və əgər onun bir zavalı olmasa, keçən ildən birə-bir artıq pambıq olacaqdır.

_______________

Bu il Avropada taxıl az olduğuna bahalanmış idi. Amma indi yazırlar ki, hava xoş olduğuna çox kartofel və qarğıdalı hasil olub. Ona binaən taxıl indi ucuzlaşır.

_______________

Rusiyanın “Qolos” qəzetinin münşisi Qerdseqovinə cəngində vəfat edən slavyanların külfətləri üçün pul yığır. İndiyəcən bir-iki min manata qədər yığıb onlara göndərib.

 ________________

1873 sənədə Rusiyanınn universitetlərində 8000-əcən, gimnaziyalarda 20000-əcən, üç klas məktəbxanalarda 30000-əcən və bir klas məktəbxanalarda 1000000-acan oxuyan olub.

_______________

Peterburq şəhərinin camaat məclisi sərəncam edib ki, şəhərin küçələrində atlar ilə işlənən dəmir yol təmir olunsun. Bu il 50 verst tamam olub və gələn il 35 verst  tə`mir olunacaqdır. Həmçinin Moskva şəhərinin camaatı öz şəhərlərində 80 verstə qədər dəmir yolu tikdirmək istəyir.

_______________

İngilisin Vulic şəhərində bir top təmir olunub ki, onun 82000 girvənkə ağırlığı, 60000 manat xərci, 12 arşın tuli var. Güluləsinin ağırlığı 1650 girvənkədir və hər səfər onu doldurmağa 300 girvənkə barıt gedir.

_______________

“Triest” qəzeti yazır ki, Qafqazdan Osmanlıya gedən çərkəslərin böyüyü İbrahim paşa sədri-əzəmdən izn istəyib ki, 20000 çərkəs əsgəri cəm edib Qerdseqovinə getsin, amma ona izn verməyiblər.

_______________

Biz eşidirik ki, Badkubə uyezdinin Sabunçu kəndinin camaatı istəyir öz kəndlərində rus məktəbxanası bina etsin. Allah eləsin ol xeyir iş başa gəlsin və bir yaxşı müsəlman müəllimi ol məktəbxana üçün tapılsın.

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



[1] Şərabın və qumarın faydası şeytan əməllərindəndir.

[2] Dünya işlərini elə gör ki, guya sən dünyada əbədi yaşayacaqsan. Axirət işlərinə isə elə fikir ver ki, guya sabah öləcəksən.

[3] Sizin rənglərinizin və dillərinizin müxtəlifliyi allahın məsləhətidir.

[4] Bilən ilə bilməyən bərabər olurmu?



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info