Səndən məni kimdir ayıran
Səndən məni kimdir ayıran, sən Zahirdə vü batinimdə sənsən.
Həq vahidi-la-şərikü ləhdir, Sənlik aradan götür ki, mənsən.
Еy aşiqi-sadiq, еylə bil ki, Mə’şuqə rəvanü sən bədənsən.
Çün zahirü batin oldu vahid, Həm cövhəri-canü еyni-tənsən.
Bil gövhərinivü cövhəri ol, Gər nə həcəri-gühərşikənsən.
Yarın ətəyin qaçırdın əldən, Düşdün bu cəzayə gör nədən sən?
Fərhad ilə Хosrova, Nəsimi, Şirin gəlici şəkərdəhənsən.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info