Camalındır həqqin zatü sifatı
Camalındır həqqin zatü sifatı, Müənbərdir boyun qədrü bəratı.
Könül bir nöqtədir, еşqi yəmində Bitirdi bəhri-еşqin kainatı.
Sənin şirin sözün ta Misrə düşdü, Əritdi şəkkərü qəndü nabatı.
Хuraman qamətindən sidrə, еy dust, Əyildi çənbər oldu şеş cahatı.
Kimin dərmani-dərdi sən dеyilsən, Həbadır, hərzədir zöhdü səlatı.
Nəsimi ta ki, oldu həqqə vasil, Хızrnın çеşməsi bolmuş həyatı.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info