ÇOBAN MAHNISI
Sürür inəkləri Dadaş Otarmağa yavaş-yavaş, Belində bağlama çörək, Yanında bir ala köpək. Basıb gözə papağını, Vurur yerə çomağını. Ara-sıra oxur, çalır, Sürü həvəslə otlayır: “Yaşıllanıb çəmən, çayır, Səfalanıb dərə, bayır. Inəklərim, ot otlayır, Sabaha süd hazırlayın! Sizi gözətləyir Fatı, Əlində badya, həm çatı”.
1906
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info