Qonaq Kitabı
SÖHBƏT

Cavan və Hacı Ağa

 

C. – Hacı Ağa, məhəllə tələbələri üçün məscid hücrəsində qiraətxanə kimi bir şey qayırmaq istəyirik ki, qəzetdən-zaddan gətirib onları əhvali-zamandan xəbərdar edək, siz nə qədər mərhəmət edərsiz?

H. – Necə? Mən helə çərən-pərənə pul-zad vermənəm, rəhmətlik uşağı, qazeti küçədə oxuyanlardan mənim zəhləm gedir, sən hələ gətirib məscidül-həraməsoxmaq istəyirsən? Tazə məssəb çıxarmısız?..

C. – Neynək bu dursun, yetim uşaqların məktəb xərcini verməyə qərar qoyublar, o cümlədən bizim məhəlləyə yeddi uşağın xərci düşübdür, onların birisinin xərcini siz verin hacı, səvabdır...!

H. – Mənciyəz qələt elərəm... səvab olan işi mən yaxşı bilirəm. Yetim oxumağı-zadı neyliyir? Əgər təmiz uşaqdı gəlsin mənim evimə. Qulluq eyləsin yemək-içmək verim, vəssalam... Get əqlini başına cəm eylə!..

 

“Molla Nəsrəddin”, 1906, â„– 19.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info