Qonaq Kitabı
MƏKTUB (121)

 

9 fevral, 1931.

 

Bu yaxın günlərdə (19 aprel 1931-ci il) “Molla Nəsrəddin” jurnalının öz səhifələrində mülkədarları və ruhani ataları qırmaclamağa başladığı günün düz 25 illiyi tamam olur.

25 il bundan əvvəl jurnalda adbaad göstərilən bu qolçomaqlar indi bizim Sovet ölkəmizdə sosialist quruculuğu əleyhinə fəaliyyətləri üçün layiqincə cəzalanırlar.

Beləliklə, Sovet hakimiyyəti bu təcavüzkarların əsrlərdən bəri davam edən ağalığını qırmağı və zəhmətkeş xalqı onların zülmündən xilas etməyi bacardı.

İndi mənə o qalır ki, bu günlərə qədər yaşadığıma görə hədsiz sevincimi bildirəm.

 

“Molla Nəsrəddin” jurnalının redaktoru

C. Məmmədquluzadə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info