MƏKTUB (107)
23 mart 192(?).
Münəvvər!
Pullar yetişdi. Uşaqlar çox razıdırlar, səni və Müzəffəri təbrik edirlər. Əgər sən, ya Müzəffər Ş. Rəcəbovdan harayasa şikayət ərizəsi vermisinizsə, əlavə ərizə verin ki, xahiş edirik bizim şikayətimizə baxmayasınız. Bunu mütləq eləyin. Sonra. Sən məktubunda qrammatik səhvə yol vermisən: “Bolit-byuro” yox (sən yazdığın kimi), “Polit-byuro”, yəni Politiçeskoe byuro (ixtisar şəklində isə “Polit byuro” deyilir və yazılır). Əlişbəyə heç fikir vermə. Hərə öz işində olsun: nə bir-birinizlə çəkişin, nə də çox dostluq eləyin. Təmkinli və nəzakətli olun.
Cəlil.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info