Qonaq Kitabı
MƏKTUB (107)

 

23 mart 192(?).

 

Münəvvər!

 

Pullar yetişdi. Uşaqlar çox razıdırlar, səni və Müzəffəri təbrik edirlər.

Əgər sən, ya Müzəffər Ş. Rəcəbovdan harayasa şikayət ərizəsi vermisinizsə, əlavə ərizə verin ki, xahiş edirik bizim şikayətimizə baxmayasınız. Bunu mütləq eləyin.

Sonra. Sən məktubunda qrammatik səhvə yol vermisən: “Bolit-byuro” yox (sən yazdığın kimi), “Polit-byuro”, yəni Politiçeskoe byuro (ixtisar şəklində isə “Polit byuro” deyilir və yazılır).

Əlişbəyə heç fikir vermə. Hərə öz işində olsun: nə bir-birinizlə çəkişin, nə də çox dostluq eləyin. Təmkinli və nəzakətli olun.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info