Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mana
Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mana, Nə bəla, bil kim, yüküş cövrü cəfa qaldı mana.
Munca gəldim, mən gədayə hiç inayət qılmadın, Eşigində qıldığım dəsti-dua qaldı mana.
Müjdə gəldi dilsitanımdan ki, qətl oldu rəqib, Şükr kim, biganə getdi, aşina qaldı mana.
Anca kövkəb kimi yaş tökdi ğəmində gözlərim, Yer ilə, gög ilə Keyvan həm baxa qaldı mana.
Ey Xətayi, zülfi tək arındı yüzdən Zəngibar, Dilbəri-Çinü Xətən, xubi-Xəta qaldı mana
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info