Ulduz olsam
Dan ulduzu boylandı, Ağardı rəngi ayın. SübÒ»ün gül nəfəsini Duydu ana təbiət Oyanan nəfəsində Gölün, meşənin, çayın. Sulardan Ò»əssas nə var?!. Dəyişdi görkəmini Dağların döşündəki Dağ-cüssəli qayalar. Günəşin camalını Görməsək də Ò»ələ biz, Günəşin istisilə Qızındı meşə, dəniz. Dərələrdə gizlənən Qaranlığın köynəyi Üfüqün tonqalından Alışıb külə döndü. Sanki sonsuz kainat Gözümüzün önündə İlk baÒ»arda açılan Bir dəstə gülə döndü. Dan ulduzu boylandı, Canlılar gəldi dilə. Cansız daşların belə Yayıldı canlı səsi. Günəşi, Ò»ərarəti, Vüsəti, Ò»ərəkəti, İşıqlar ordusunu Gətirdi arxasınca İşıqlar sərkərdəsi. Baxıb xəyala vardım... Deyirəm çiçək olsam - Novruz gülünün eyni, Ulduz olsam - Ò»əyatda Dan ulduzu olardım.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info