Ömür çeşməsi
Soyuyar canımın odu bir zaman, - Bir-bir həqiqətdir, salıram yada. O vaxt gözlərimdə sönən çıraqdan Bir ulduz alışıb yansın səmada.
Günlər dolandıqca əriyər bədən, Qaçma arxasınca dava-dərmanın, Qolumun gücü də istərəm ki, mən Gücünə çevrilsin neçə insanın.
Axsın ürəklərə qəlbimin səsi, Sözüm də ellərin sözündə qalsın. Biz gəlib getsək də, ömür çeşməsi Əbədi Ò»əyatın özündə qalsın.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info