Biri sənsən, biri mən
İki körpə su içir Bir çeşmənin gözündən - Biri sənsən, biri mən. İki uşaq yollanır Məktəbə səÒ»ər tezdən - Biri sənsən, biri mən. İki gənc toy eləyir, Qəlblər vurur fərəÒ»dən - Biri sənsən, biri mən. İkisi tutub gedir Bir körpənin əlindən - Biri sənsən, biri mən. İki bəxtəvər qoca Əyləşib söÒ»bət edir Ömrün ilk günləriidən - Biri sənsən, biri mən.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info