Həyətə qar yağır
Həyətə qar yağır; Hardasa indi cığırlar kəsilib, izlər tutulub. Həyətə qar yağır; Ò»ardasa indi Dərələr, təpələr keçilməz olub. Həyətə qar yağır, Ò»ardasa indi Maşın yoldan çıxıb, sürücü yorğun… Həyətə qar yağır; Ò»ardasa indi Ceyran sürüsünü Təntidib çovğun. Həyətə qar yağır; Ò»ardasa indi soyuqda, şaxtada ölənlər də var, Həyətə qar yağır; Ò»ardasa indi Qar topu oynayıb gülənlər də var. Həyətə qar yağır; Ò»ardasa indi...
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info