Metroda düşüncələr
Arabada getdiyim də yadımdadır, Qazalaqda arabanı ötdüyüm də yadımdadır, Kənd arası torpaq yolla gəlib keçən Səsli-küylü furqonlar da yadımdadır. Bu yaşımda mən nə qədər yol getmişəm. Cırıltılar, gurultular, uğultular eşitmişəm. Bu yolların enişində-yoxuşunda Maşınların sürətini sınamışam. Buludların şimşək dolu koğuşunda Təyyarənin qüdrətini sınamışam. Vaxtlı-vaxtsız mən nə qədər yol getmişəm. Mən dağların qar tacını, ümmanların dalğa-dalğa ağ saçını zirvələrdən seyr etmişəm. Mən nə qədər yol getmişəm. İlk dəfədir Doğma Bakı metrosunda yol gedirəm. Yer üstünün milyon-milyon işığını Yer altında seyr edirəm. Yol gedirəm. Eşidirəm nəsillərin gülüşünü, nəğməsini. Bir ürəkdə birləşdirib min ürəyin söÒ»bətini, Ò»əvəsini. Ötdükcə yaş, Yavaş-yavaş, biz zirvədən uzaqlaşır, düzlər keçir, dağlar aşır, qocalırıq. Qocalsaq da, cavanlaşan dünyamızda gənc qalırıq. Metrodayam... Metroda mən Tamam başqa bir zamanı düşünürəm, Yayın qızmar çağlarında, tozlu aran yollarında sürücüsü babam olan Qara kəlli arabanı düşünürəm. Elə bu dəm Görürəm ki, birdən-birə İldırımlı təkərlərin üstündəyəm. Bizdən sonra yeni-yeni yollar açan, daÒ»a sağlam, daÒ»a möÒ»kəm Adamları düşünürəm. Relsi işıq dalğaları, duracağı səyyarələr, maşinisti günəş olan Bir qatarı düşünürəm.
|