Könül deyir “Yaşa hələ”
Səfərdəyəm, səfərimi Vurmamışam başa hələ. Arzularım, əməllərim Toxunmayıb daşa hələ.
Dolanıb kəndi, şəhəri, Dağlarda açdım səhəri. Fikrim gəzir üfüqləri Dönüb qızıl quşa hələ.
İlləri yola salmışam, Şeir yazıb, saz çalmışam. Ömür deyir qocalmışam, Könül deyir “Yaşa hələ”.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info