Meşəbəyi
Kef üstündə kefimizi Gəldi, sordu meşəbəyi. -Buyur!- dedik, atdan enib, Bardaş qurdu meşəbəyi.
Qamçısını atdı sola, Çantasını çəkdi dala. Şirin-şirin, bala-bala Bizlə vurdu meşəbəyi.
İsti kabab, təzə fətir, Doymaq olmur, yenə gətir. Bığlarını arada bir Eşib burdu meşəbəyi.
Altmışını verib yelə, Düşməyibdir ruhdan hələ. Qarşıdakı bir gözələ Göz də vurdu meşəbəyi.
Yatdı biri keflənərək, Birini də yıxdı külək. Hüseynlə axıradək Möhkəm durdu meşəbəyi.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info