Nə vecinə
Əli çiçək ayağı gül, Teli ipək, darağı gül. Üzü qönçə, yanağı gül, Boya onun nə vecinə?!
Günəş əridə dağları, Əriməz sinənin qarı. Başı buluddan yuxarı, Dərya onun nə vecinə!
Nə fələyə fələk deyir, Nə illərə boyun əyir, Yerişindən yer titrəyir, Qaya onun nə vecinə!
Hər sözü duzlu-məzəli, Yüz işvəli, yüz qəmzəli, Sərxoşdur, dünya gözəli, Dünya onun nə vecinə!
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info