Müsəddəs
Dün gördüm ol nigari-tərəbnakü ərcimənd, Kafur əliylə dəstələmiş ənbərin kəmənd, Baxdım şikənci-türrəsinə zarü müstəmənd, Bir şəxsi-natəvan oturur gərdənində bənd, - Kimdir bu miskin, ol nə rəsəndir? - dedim, dedi: - Zülfim kəməndi tutsaği canındürür sənin.
Çəkmiş cəmalə fərrü dəmü izzü cahını, Ənbərlə doldurub, başa əymiş külahını, Əbrin yüzündən aldı və ərz etdi mahını, Gördüm yüzündə daneyi-xali-siyahını, - Şol müşk lalə üzrə nədəndir? - dedim, dedi: - Canında əksi-daği-nihanındürür sənin.
Ləlü göhər dişiylə yapışmış dodağinə, Müşki-Xütən həvəsdən ulaşmış yanağinə, Dürri-Nəcəf həvadən asılmış qulağinə, Çox danə-danə nəsnə tökülmüş ayağinə, - Hey-hey, bu nə əqiqi-Yəməndir? - dedim, dedi: - Gözdən axan cigərdəki qanındürür sənin.
Gəşt ilə çıxdı gülşənə ol sərvi-gül-üzar, Əlvanı meyvə daməninə tökdü şaxsar. Mən gördüm anda püstəvü badamü sibü nar, Bir mürğ oxurdu arizi bağında zar-zar, - Ol mürğ nə mürğ, bu nə çəməndir? - dedim, dedi: - Baği-çəməndə mürği-rəvanındürür sənin.
Göz gördügüncə könlüm olur hüsnü maili, Eylər dəli bu şivə ilə neçə aqili, Sehr eyləmiş yüzündə yenə çahi-Babili, Bənd etmiş anda bir neçə sahibnəzər dili, - Çin söylə, bu nə çahi-zəqəndir? - dedim, dedi: - Ey çox xəlalı, kəndü məkanındürür sənin.
Yaşım yürüdü su kimi ol sərv suyinə, Göz baxa qaldı zülfü xətü ruyü muyinə, Piranəsər könül axub ol qəddi-cuyinə, Aldandı tifltək dil anın rəngi-ruyinə, - Bu nə xöcəstə sərvi-səməndir? - dedim, dedi: - Bəxti-səidü ömri-cəvanındürür sənin.
Nərgis oyandı, bu çəmən damənü caməxab (1), Gül çıxdı, pirəhən yaxasından açub niqab, Təb düşdü canə, cümleyi-afaqi tutdu tab, Ol dəm ki, doğdu qibleyi-məşriqdən afitab, - Bir zərrə gördüm anda, dəhəndir! - dedim, dedi: - Bu söz yəqin, Həbibi, gümanındürür sənin.
(1) Misra bütöv deyil.
|