Görəldən zülfi-ənbərbarın, ey dust
Görəldən zülfi-ənbərbarın, ey dust, Pərişandır bu diləfgarın, ey dust.
Yaşarduqca ləbi-ləlində xəttin, Qızarır atəşi-rüxsarın, ey dust.
Nə şirin abu rəngü xalü xətdir, Şu ziba surəti-pərgarın, ey dust.
Bu gün mahiyyəti sənsən həqiqət Bu həftü pəncü nöhlə çarın, ey dust.
Əcəb afətdürür cani-cəhanə O çeşmi-caduyi-əyyarın, ey dust.
Nə rövşən şəmsi-dinü mehri-cansan Ki, tutdu aləmi ənvarın, ey dust.
Olubdur qərqi-ənvari-təcəlla Həbibi görəli didarın, ey dust.
Yüzün mahin görən mehrinə baxmaz O çərxi-atlasi-dəvvarın, ey dust.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info