Aşiqə məşuqinin cövrü səfası xoş gəlür
Aşiqə məşuqinin cövrü səfası xoş gəlür, İki aləmdən ana bir mərhəbası xoş gəlür.
Gözlərim dərdinə sürmə olmağiyçün dəmbədəm Tutiyayi-cövhərindən xaki-payi xoş golür.
Ömri-baqi saçlarındır, badə vermə, ey sənəm, Görün ol ömri-əzizi, çün bəqası xoş gəlür.
Cümlə bu xəlqi-cəhanın qilü qalindən mənə Eşigində itlərünün macərası xoş gəlür.
Sana, ey zahid, behiştü hurü rizvani, mənə Ol büti-ziba nigarımın liqası xoş gəlür.
Bu Həbibinin duasın müstəcab et, ey sənəm, Çün kərəm əhlinə dainin duası xoş gəlür.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info