Gül yanağun üzrə çün ol sünbüli-sərkəş yatur
Gül yanağun üzrə çün ol sünbüli-sərkəş yatur, Cümlə sərkəş dillər ana bağlu xoş-naxoş yatur.
Hərki hüsnin Kəbəsində görsə fəttan eynünü, Der rəvan mehrab içində bir-iki sərxoş yatur.
Çüstü çapuq bir əcəb oğrudur ol hindu sənün, Baği-cihandan (1) sibü gül-şəftalü verüb xoş yatur.
Qabi-qövseynünlə qəmzən oxuna canü dili Sinəmiz içində həm qurbanü, həm tirkəş yatur.
Gözümün yaşilə ahim atəşindən yerü gög Xüşkü tər olmuş, Həbibi, həm quru, həm yaş yatur.
(1) "Baği-candan" olmalıdır
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info