Pərtövi-hüsni-cəmalın aləmi pürnur edər
Pərtövi-hüsni-cəmalın aləmi pürnur edər, Əhsəni-vəchi-xəyalın adəmi məsrur edər.
Ləli-canbəxşin əgərçi mürdə cismə can verir, Çeşmi-bimarın, nigara, canları rəncur edar.
Kilki-qüdrət alnına çün fəzli-bismillah yazar, Yəni rəhman surətin şeytanı gözdən dur edər.
Eyni-fəttanınla qaşın, zülfin, ey məhru sənəm, Neçə izzət əhlini pamal edübən xar edər.
Cəm degil, xeyli-xəyalın yıxsa, ey şəh, can evin, Çünki hüsnün gənci-eşqünlə anı məmur edər.
Ruxlərin şəminə can pərvaz edüb pərvanəvəş, Yandığınca saçların ol miskini məhcur edər.
Münşiyi-qüdrət yazar çün dəftərinin surətin, Xətti-tövqiünü ol dəm riqəyi-mənşur edər.
Hüsnünün təqvimini çün bağlar əhsən vəchilə, Xəttü xalinin rüqumi əbcədin məstur edər.
Həqşini pərgarinin nəqqaşi-surət yazacaq, Abu rəngin rəsm içində büt kibi məstur edər.
Ləlü lölönün Həbibi nəzm edəcək mədhini, Eşidən der bu Məsihadir ki, nəfhi-sur edər.
|