Kainatın varlığından mənə sən şafi yetər
Kainatın varlığından mənə sən şafi yetər, Qibleyi-mehrabı, cana, qaşının taqi yetər.
Nari-hicranın duxani zülmətini sürməgə, Şəmsi-can, zöhrə-cəbin, mahin yüzü taqi yetər.
Cani-miskin mari zülfi ağularsa, qəm degil, Zərrəcə şirin ləbinin çünki tiryaki yetər.
Gərçi yaran məst olub, nuş eyləməzlər kasəyi, Bizə Fəzlin dövlətində cürəyi-baqi yetər.
Şəmsi-dinün söhbətində bizə, ey yari-zərif, Noqlü şəmü səbzə abü saz ilə saqi yetər.
Biz bu bipavü sərü üftadə, dilrişin müdam, Tutmağa əlində camı saidi-saqi yetər.
Dürdü safi nə sunarsa saqiyi-can, nuş qıl, Dinməsün kim, ey Həbibi, məstdürür saqi, yetər.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info