Xabi-qəflətdən oyansun eşqi-dildar istəyən
Xabi-qəflətdən oyansun eşqi-dildar istəyən, Bülbüli-şuridə olsun vəsli-gülzar istəyən.
Ney kimi bağrın dəlib, hər dəmdə nalan eyləsün, Dərdilə yansın, yaxılsın vəsləti-yar istəyən.
Aşiqin yanmaqdan özgə dərdinə dərmanı yox, Yanmağa pərvanə bolsun şəmi-rüxsar istəyən.
Aşiq oldur canü dildən dərd qıldı ixtiyar, Dərdinə dərman buldu dərdi təkrar istəyən.
Can verib bir can üçün yansa Həbibi, qəm deyil, Masəvadan fariğ oldu vəsli-dildar istəyən.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info