Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən
Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən, Zülfi bənəfşə, hüsni çəmən, boyu yasəmən.
Sahib cəmalü əhli-kəmal, şəkkərin məqal, Yusif sifətli, İsa nəfəs, vəchidə Həsən.
Ey könlü səngü adəti cəng, xuyi həm pələng, Haz eyləyən, kirişmə qılan, aşiq öldürən.
Yox-yox, xəta dedim, qələt etdim, koc anladım, İşi vəfa və könlü səfa, aşiqin sevən.
Az eylə, ey Həbibi, şikayət ze cövri-dust, Dərdi-bəladən inciməsin aşiqəm deyən.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info