Mən ki, ləlin can yerində görmüşəm
Mən ki, ləlin can yerində görmüşəm, Dərdini dərman yerində görmüşəm.
Tiri-qəmzən zəxmini candan rəvan Mərdüm axar qan yerində görmüşəm.
Xaneyi-gözdə xəyalın kölgəsin, Şükr kim, mehman yerində görmüşəm.
Gün yüzündə küfri-zülfin, ey sənəm, Mən yəqin iman yerində görmüşəm.
Müshəfi-hüsnündə xəttü xalını Hərfbəhərf Quran yerində görmüşəm.
Qaşların yayinə kim eyd ayıdır, Canları qurban yerində görmüşəm.
Hər nə cövr etsən, Həbibi, lütf ilə, Hüsni-xülq ehsan yerində görmüşəm.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info