Can alıcı xuni gözün bir dəm aman verməz, nedim?
Can alıcı xuni gözün bir dəm aman verməz, nedim? Dil-xəstəyə kirpiklərün ol dəxi can verməz, nedim?
Şirin ləbün əsrarını Ruhül-qüdüsdən sordu can, Der ol qeybün sirridir, namü nişan verməz, nedim?
K-ol vaizin əfsanəsin, saqi, sun ol cami-Cəmi, Gördün yəqin kim bu zaman dövri-zaman verməz, nedim?
Gərçi ənəlhəq sirrini zərrati-aləm söyləşür, Eynin kimi rövşən xəbər, bir şey əyan verməz, nedim?
Ol ləzzəti kim canıma ləli-rəvan bəxşin verür, Vallahi, anın zövqini canü cahan verməz, nedim?
Ey səbzeyi-can gülşəni, sərvi-rəvanin lütfini Baği-behiştü [...] huri-cinan verməz, nedim?
Şol cami ki, sundun müdam, cani-Həbibiyə müdam, Ey saqi, məhru çün qulam, pirü cəvan verməz, nedim?
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info