Bir dəm salınsa çün ol sərvi-rəvan çəməndə
Bir dəm salınsa çün ol sərvi-rəvan çəməndə, Gözüm edər həzaran abi-rəvan çəməndə.
Şövqinə gül yüzünün hər dəm həzar dastan Edüb bu bülbüli-can, eydür şu an çəməndə.
Zülfin görəli sünbül, gülgün yüzünü lalə, Hər dəmdə eklədərlər sevdavü qan çəməndə.
Buyi-saçundan erdi badi-bahara çün kim, Sərməstü dəngü heyran oldu dəvan çəməndə.
Vehyi-rəmim olanlar yöhyil-izam olurlar, Sən bir nəfəs urarsan ol dəm rəvan çəməndə.
Dövri-zaman içində görmədi bir bəşər heç Səncileyin pəri-rux, huri-cinan çəməndə.
Şol tiri-qamətini sərvi görürsə doğru, Qaşm kimə əgilür, olur kəman çəməndə.
Məşuqə eyni sənsən, ey eşq əri Həbibi, Gərçəksən aşiqanə ol canfəşan çəməndə.
Tut saqinin əlini, qoy başunu ayaqda, İç cami-eşqi, məst ol sən bu zaman çəməndə.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info