Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəha
Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəha, Pünhan olan gözün ol dəm şol afitab olur, şəha,
Ləlü-ləbi-yaqutuna can necə təşnə olmasın, Çünkim anın hər qətrəsi dürri-xoşab olur, şəha.
Yüzünə Zöhrə, Müştəri, Mehr ilə Mah ögünməsin, K-ol günəşin bir zərrəsi min mahtab olur, şəha.
Mehrinlə kinən odunu canım içində yaxalı, Eynül-yəqin yerin yüzü eynimdən ab olur, şəha.
Ol dəm ki, sən nuş edəsən cami-səfayi Cəm kimi, Ləlinə cam erdügünə bağrım kəbab olur, şəha.
Nəzr etdügün bir busəyi dərviş içün etsən əda, Vallahi kim, andan sana min-min səvab olur, şəha.
Ləlündürür ehya edən hər dəm o bicismi, vəli, Sərxoş gözündən sayru can məsti-xərab olur, şəha,
Abi-zülali-vəslinə şol rəsmə təşnədir bu can, Kim gözlərimə bu cəhan eyni-sərab olur, şəha.
Bağrım qanını gözlərin hər dəm, Həbibi, tökdügü, Budur ki, rəngin ab ilə ol xoş xizab olur, şəha.
|