Hər kimə həmrah Fəzlullah ola
Hər kimə həmrah Fəzlullah ola, Ana fəzli-feyz ol Allah ola.
Hər nə kim edər kişi, ey yol əri, Ol gərək kim, həsbətən lillah ola.
Eşqi-məşuqə qul olan sidq ilə Dünyəvü üqba içində şah ola.
Aşiqin işi gərək şamü səhər Virdi həsrət göz yaşilə ah ola.
Bu üfüqdən hər sitarə kim doğar, Mehri-aləm can gögündə mah ola.
Nur ilə röşən ola bu kainat Ol səadət nəcmi Şəmsullah ola.
Vəchi-adəmdir sirati-müstəqim, Ana doğru getməyən birah ola.
Etməyən səcdə mələkvəş adəmə Divi-məlun, asiyi-gümrah ola.
Öldürür sultan iki aləmdə bəs, Çün Həbibi hər ki, Abdullah ola.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info