Qonaq Kitabı
DAĞLARIN AYRILIĞI

Alvız dağı sac asıb yuxa bişirmək istəyirdi. Xəmiri kündələyib yığır, yuxanı bir-bir yayıb süfrəyə sərir, sacın qızmağını gözləyırdi. Böyük oğlu Qoşqar, ortancıl oğlu Murov, kiçik oğlu Kənəz də ocağın qırağında oturublarmış. Qabaqlarında da dələmə, ovma, yuxa bişdikcə bölüşdürüb isti-isti yeyəcəkmişlər.

Alvız ana ilk yuxanı sacın üstunə salan kimi Kəpəzin tərsliyi tutur:

- Bu yuxa təkcə mənimdir, - deyir, - Ò»eç birinizə verməyəcəm.

Murov:

- Yox, mənimdir, - deyir, - Ò»ər şeyin ilkini Ò»əmşiə sən götürürsən, indi də mən.

Qoşqar onlara acıqlanır:

- İndi ki belə oldu, Ò»eç biriniz ona əl vurmayın. Gözləyərik ki, üç yuxa bişər, Ò»ərəmiz birni götürərik.

Qardaşlar Ò»öcətləşir, yuxa bişməmişdən bir-birinin yaxasını cırası olurlar. Alvız ana onlara nə qədər təpinirsə kirimirlər, Kəpəzlə Murov dalaşmağa başlayır. Qoşqar onların arasında oturur, onları sakitləşdirmək istəyir. Lakin Murov bir kösöv götürüb Kəpəzin peysərinə endirir. Kəpəz bar-bar bağırır. Boynunu tuta-tuta qaçır.

Qoşqar Kəpəzi çox istəyirmiş, kiçik qardaşının şivəninə dözmür, qaynar sacı qaldırıb Murovun başına çırpır. Murov da çığıra-çığıra başqa səmtə üz tutur.

Alvızın üzü bozarır. Qoşqar döyüləcəyindən qorxub günbatana yüyürür.

Üç qardaşın Ò»ərəsi ayrılıb bir yanda qərar tutur, Alvız ana tək qalır. O vaxtdan bəri qardaşlar öz analarına, ana da öz oğullarına baxa-baxa qocalmışlar. Òºər bulaq, Ò»ər çay onların bir göz yaşıdır, onların bu Ò»əsrətləri, bu intizarları dənizlərdə, dəryalarda görüşür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info