Qonaq Kitabı
Hər yana kim, seyr üçün ol şəhi-xuban düşər

 

Hər yana kim, seyr üçün ol şəhi-xuban düşər,
Sayə kimi yanına əqlü dilü can düşər.

Bəxtiqəralər işi olmasa surətpəzir,
Bəs neçin ol arizə zülfi-pərişan düşər?

Yadi-mücən bağrımı yarələsə yox əcəb,
Rəsmdi, məcruh olur, hər yerə peykan düşər.

Rast düşüb bağ ara görsə qədü çeşmini,
Sərv sınıqlıq tapar, nərgisə talan düşər.

Cameyi-əhmər keyib, yaxdın oda aşiqi,
Necə ki, xarü xəsə atəşi-suzan düşər.

Çakər olur, rəsmdir, bəndeyi-fərmani-xan,
Vəh, bu nə çakərdi kim, payına yüz xan düşər.

Zakirə ver sədqeyi-hüsnüni kim, var yeri,
Müstəhəqindir, ona, həq bilir, ehsan düşər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info