Qonaq Kitabı
Məşşatə gözünə sürmə çəkəndə

 

Məşşatə gözünə sürmə çəkəndə
Sanasan, gözümə bıçağı çəkər.
Sərasər üzülür rişteyi-canım,
Eylə ki, zülfünə darağı çəkər.

Bilmədim qədrini günəş camalın,
Sürahi gərdənin, çöhreyi-alın
O aşiq bilir ki, qədrin vüsalın,
Bir müddət möhnəti-fərağı çəkər.

Xumar-xumar o baxmağı gözlərin,
Yəğmaləyib solu, sağı gözlərin.
Hərami qaşların, yağı gözlərin
Yay silkər, ox atar, sədağı çəkər.

Xubların yaxşısı olmaz kəmməhəl,
İşarə edən tək gəlir əlbəəl;
Bir para əhli-hal olmayan gözəl
Zənəxdanı gizlər, qabağı çəkər.

Mənsur tək çəgələr darə Zakiri,
Yandıralar alovlarə Zakiri,
Eyləsələr parə-parə Zakiri
Necə dost kuyindən ayağı çəkər?!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info