Qonaq Kitabı
Düşmüşəm çöllərə, ey Leylicəmal,

 

Düşmüşəm çöllərə, ey Leylicəmal,
Məcnun kimi səni sevəndən bəri.
Cəm olmaz sərimə əqlü kəmalım,
Könlümü zülfünə verəndən bəri.

Şirin köftarından ayrı lalam mən,
Ümid yoxdu gələn ilə qalam mən;
And olsun Kəbəyə, xəstəhalam mən
Kəbeyi-kuyindən gələndən bəri

Bir aşiq can verə canana əgər,
Bişübhə behişti-bərinə gedər.
Nə könlüm açılar, nə üzüm gülər
Sək rəqib dərində olandan bəri.

Mən deyirdim desəm dildarə ğəmi,
Əlbət mana olur lütfü kərəmi;
Birə yüz artıbdır cövrü sitəmi
Dəxi də dərdimi biləndən bəri.

Zakirəm, kəmana dönüb qamətim,
Nə xurdü nə xabım, nə də rahətim.
Gələ gör ki, kəsilibdi taqətim,
Yay qaşın taqini görəndən bəri.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info