Abad olsun görüm, yarəb
Abad olsun görüm, yarəb, Künci-meyxanə, meyxanə! Kim, yetişdi onda dərdim Yaxşı dərmanə, dərmanə.
Şükr olsun, iyzədi-mənnan Eylədi dərdimə dərman, Qərq eylədi piri-muğan, Məni ehsanə, ehsanə.
Durma, saqi, aman hey-hey! Dur gətir ver cami-mey, mey, Genə işim düşdü ey, ey, Şahi-mərdanə, mərdanə!
Atı Düldül, qulu Qənbər, Zövci-Zəhra, babi-şəbbər, Gözəl adı verib zivər Çərxi-gərdanə, gərdanə.
Nəbati, nə çəng olmusan? Yoxsa məsti-bəng olmusan? Niyə genə dəng olmusan? Dur ey, divanə, divanə!
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info