Sənə qurban, gətir saqi
Sənə qurban, gətir saqi, Bircə piyalə, piyalə. “Qallu bəli”dəndir qismət Mənə nəvalə, nəvalə.
Gəl, Allaha təvəkkül et, Ərənlərə təvəssül et, Hafizə bir təfə’ül et, Gör nə gəlir falə, falə.
Meyxanələr abad olsun, Sakinləri dilşad olsun, Məscid görüm bərbad olsun! Saldı məni qalə, qalə.
Gəl qoy başə sən bu tacı, Alginən eldən xəracı, Yad elə şahi-me’racı, Vilayəti, alə, alə.
Nəbati, qəmdən bükülmə, Bərgi-xəzan tək tökülmə. Dəi sellər tək sökülmə, Çəkmə dəxi nalə, nalə.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info